Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6526

Digər sorğular

Türkiyə şirkətinin Azərbaycana yatırdığı investisiya - 10 milyard dollar

19:28  |    19 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

"Türk Petrolleri A.O." (TPAO) xarici investisiyalarını azaltmağı qarşısına məqsəd qoyub. "APA-Economics" xəbər verir ki, bunu TPAO-nun baş direktoru Besim Şişman bildirib.

Onun sözlərinə görə, TPAO ölkə xaricində ən çox investisiya yatıran türk şirkətidir.


"Neftin sürətlə ucuzlaşması səbəbindən bütün şirkətlər kimi, biz də qənaət rejiminə keçdik. Düzdür, yatırımlarımız davamlıdır. Lakin əlavə layihələrə yatırdığımız investisiyaların həcmini azaltdıq. Ölkə daxili investisiyalarda azaltmadan söz gedə bilməz", - deyə B. Şişman qeyd edib.

Xarici investisiyalara toxunan baş direktor qeyd edib ki, Liviyada baş verən hadisələr səbəbindən şirkət bu ölkədəki layihələrin "üzərindən xətt çəkib": "Liviyada kiçik bir nümayəndəliyimiz var, onu da bağlamaq üzrəyik".

Onun sözlərinə görə, TPAO Azərbaycandakı layihələrə 10 mlrd. dollar həcmində investisiya yatırıb. "Bunlar ən gəlirli layihələrdir", - deyə baş direktor əlavə edib.

Şirkət rəhbəri onu da qeyd edib ki, neftin 1 barrelinin qiyməti 60 dolları keçərsə, bu, "hər kəsi rahatlaşdıracaq".

Qeyd edək ki, TPAO Azərbaycanı Gürcüstanla birləşdirən "Cənubi Qafqaz Boru Kəməri"nin 7 səhmdarından biridir. Türkiyə şirkəti layihədə 19%-lik paya malikdir. Bundan başqa, TPAO Azəri-Çıraq-Günəşli (AÇG) layihəsində 6,8%-ə, Bakı-Tbilisi-Ceyhan layihəsinin 6,53%-ə, "Şahdəniz" layihəsində 19% pay sahibidir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.10.2019
AMEA-nın 86 yaşlı prezidenti istefa ərizəsi yazdı
22.10.2019
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22.10.2019
Azərbaycanda yeni tarix-mədəniyyət qoruqları yaradılır - SƏRƏNCAM
22.10.2019
Qənirə Paşayeva parlamenti qadınlara qarşı zorakılığın qarşısını almağa çağırıb
22.10.2019
Milli Məclis deputatlarının əmək haqqı üçün büdcədən ayrılan vəsaitin məbləği məlum olub