Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6596

Digər sorğular

Azərbaycanda 60 nəfər zəhərləndi - Spirtli içkidən

18:57  |    19 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

Spirtli içkilərdən zəhərlənmə ilə əlaqədar ay ərzində 4-5 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edir.

Bu barədə AzVision.az-a Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri, ölkənin baş toksikoloqu Azər Maqsudov bildirib. Onun sözlərinə görə, mərkəzə sərxoş halda müraciət edənlərin sayı daha çoxdur: "Belə ki, ay ərzində 10-15 nəfər sərxoş halla bağlı müraciət edir, onlar müayinə və müalicə edilib, evə buraxılır”.

Baş toksikoloq qeyd edib ki, bu il spirtli içkilərdən zəhərlənmə diaqnozu ilə 60-a yaxın şəxs mərkəzə müraciət edib. "Spirtli içkilərdən, əsasən araqdan zəhərlənmə ilə bağlı müraciətlər edilir. Arağın təsiri nəticəsində zəhərlənmə olur, qaraciyərin fəaliyyəti pozulur, ürəkbulanma, qusma, qarın ağrısı, baş gicəllənmə, mədə nahiyyəsində ağrılar meydana gəlir”.

A.Maqsudovun sözlərinə görə, bu il spirtli içkilərdən zəhərlənmə nəticəsində ölüm halı qeydə alınmayıb: "Keçən il bir nəfər araqdan zəhərlənmə ilə dünyasını dəyişmişdi. Bu il belə hadisə baş verməyib. Ümumilikdə isə keçən il spirtli içkilərdən zəhərlənmə ilə bağlı 52 nəfər mərkəzə müraciət etmişdi”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.12.2019
Qüdrət Həsənquliyev Milli Məclisin Gəncəyə köçürülməsini təklif etdi
07.12.2019
“Xəzər” TV-dən dəyişikliklərlə bağlı məlumatlara - REAKSİYA
07.12.2019
Əlilliyi olan şəxslərin iştirakı ilə “Solğun sevgilər” tamaşasının premyerası olub - FOTOLAR
07.12.2019
Ümid Partiyası parlament seçkilərinə gedir
07.12.2019
Şahin Mustafayevə yeni vəzifə verilib