Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6518

Digər sorğular

Qaçqınların binasında yanğın: XƏSARƏT ALANLAR VAR - Rəsmi açıqlama/ YENİLƏNİB

18:12  |    19 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

Daxili İşlər Nazirliyi Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada olan yanğınla bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən BakiPost.az-a verilən məlumata görə, dekabrın 18-də saat 19:00 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Xocalı (5 ailə), Ağdam (2 ailə) və Laçın (2 ailə) rayon sakinlərinin yaşadıqları "Çiçək-Pioner" düşərgəsinin yaşayış binasında elektrik naqillərinin qısaqapanmasından yanğın baş verib.

Nəticədə 200 kv/m sahədə yanar konstruksiyalar yanıb, xəsarət almış Xocalı rayon sakini İlkin Zamanlı və FHN-in YMİ-nin əməkdaşı Asif Rufullayev xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Ağdam rayonundan olan 7 nəfərdən ibarət 1 ailə qəsəbə ərazisindəki 14 saylı poliklinikaya yerləşdirilib, digərləri qohumlarının evlərinə gediblər.

***
18.12.2016
22:38

Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən uşaq bağçalarından birində yanğın başlayıb.

BakiPost.az xəbər verir ki, hadisə bir neçə dəqiqə öncə baş verib. Məlumata görə, bağçanın binasında Xocalıdan olan 8 məcburi köçkün ailə qalırmış.

Ölən və ya xəsarət alanlar barədə məlumat verilmir.

Hadisə yerinə təcili tibbi tardım və yanğınsöndürən maşınlar cəlb olunub.

Sakinlər evakuasiya olunub.

Ərazi hazırda polisin nəzarətindədir. Heç kim yaxına buraxılmır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.10.2019
Elinanın anası Prezidentə müraciət etdi
17.10.2019
DİN və Baş Prokurorluq mitinq təşkilatçılarına xəbərdarlıq edib
17.10.2019
Gələn ildən Azərbaycanın bütün məktəblərində “Ortaq Türk tarixi” tədris ediləcək
17.10.2019
Sabahın hava proqnozu
17.10.2019
Nazir Mehman Təhməzovu vəzifədən azad etdi