Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6396

Digər sorğular

Bu ilin 11 ayı ərzində 21,9 min nəfər əlil protez-ortopedik xidmətlərlə təmin olunub

18:00  |    19 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, bu ilin yanvar-noyabr aylarında 21,9 min nəfər əlilliyi olan şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin olunub.

Cari ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin kompleks tibbi-sosial və peşə reabilitasiyası istiqamətində işlərin davamı olaraq, 21,9 min nəfər əlilliyi olan şəxsi bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edib.

Belə ki, yanvar-noyabr aylarında 7 781 nəfər şəxsə nazirliyin əlillərin bərpa mərkəzlərində müasir tibbi avadanlıqlarla bərpa-müalicə xidmətləri göstərilib, onların reabilitasiya potensiallarının reallaşdırılması üçün məqsədəuyğun işlər görülüb. Eyni zamanda 128 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq (valideynlərindən birinin müşaiyəti ilə) xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib.

Əlilliyi olan insanların dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə onların protez-ortopedik bərpa xidmətləri ilə təminatı işləri də davam etdirilir. Yanvar-noyabr aylarında nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 13 990 nəfər əlilliyi olan vətəndaşın qeyd olunan xidmətlərlə təminatı həyata keçirilib. Onlara ümumilikdə 31 537 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi (o cümlədən 1 117 ədəd əlil arabası, 663 ədəd eşitmə aparatı, 8 404 ədəd müxtəlif reabilitasiya vasitəsi, 1 065 ədəd aşağı və yuxarı ətraf protezi, 1 517 cüt dirsəkaltı ağac, 810 ədəd dördayaqlı dayaq vasitəsi, 1288 ədəd aşağı və yuxarı ətraf ortezi, 717 ədəd bel və boyun nahiyəsi üçün korset və s.) verilib.

Həmçinin cari ilin ötən dövründə ölkəmizin bölgələrində əlilliyi olan şəxslərin ehtiyac duyduqları protez-ortopedik məmulat və reabilitasiya vasitələri ilə təmin olunmaları üçün onlara səyyar formada protez-ortopedik bərpa xidmətləri də göstərilib.




Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.07.2019
Baş Prokurorluq: Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır
17.07.2019
Şəhidlərinin uşaqları üçün yay düşərgəsi təşkil edilir
17.07.2019
Şamaxıda qədim məscid aşkar edildi
17.07.2019
Sabaha olan hava proqnozu açıqlanıb
16.07.2019
Ali Baş Komandanın tapşırığına əsasən hərbi hissələr yoxlanılır