Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6526

Digər sorğular

UNEC-in əcnəbi tələbələri erməni vəhşiliklərindən bəhs ediblər

17:18  |    19 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

İqtisad Universitetinin (UNEC) tələbələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

UNEC-in mətbuat xidmətindən QAZİLER.AZ-a verilən məlumata görə, UNEC-də təhsil alan Almaniya, Türkiyə, Rusiya, Gürcüstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, İran, Küveyt, Çin, Nigeriya, Əfqanıstan, BƏƏ və digər ölkələrdən olan tələbələrin də iştirak etdiyi səfər “Gəz, Gör, Tanı, Paylaş” devizi altında keçirilib.


Səfərin məqsədi UNEC-in əcnəbi tələbələrini ermənilərin 1918-ci ildə Qubada törətdiyi qırğınların əyani nişanəsi olan soyqırım məzarlığı ilə tanış etmək olub. UNEC-in tələbə rektoru Şahin Həsənov əcnəbi tələbələrə dinc Quba sakinlərinin erməni silahlıları tərəfindən işgəncələrlə qətlə yetirilməsi barədə məlumat verib. Kütləvi məzarlığı ziyarət edən tələbələr ermənilərin Quba qəzasında törətdiyi qırğının nişanələrindən heyrətə gəldiklərini bildiriblər.
Tələbələr Quba Soyqırımı Memorial Kompleksinin ekspozisiya zalında XX əsrin əvvəllərində Quba şəhərinin görüntülərini, o zaman burada aparılan tikinti-quruculuq işlərini, əhalinin həyat tərzini əks etdirən fotolarla tanış olublar.
Əcnəbi tələbələr kütləvi məzarlıqdan çəkdikləri şəkilləri sosial şəbəkələrdə #GraveyardofGenocide #SoykirimMezarligi kimi açar sözləri vasitəsilə yayımlayaraq, erməni vəhşilikləri, Azərbaycan xalqına qarşı törədilən cinayətlər barədə informasiyalar paylaşıblar. Onlar burada gördüklərinin insanlığa qarşı qəddar cinayət olduğunu xüsusi vurğulayıblar.
Sonra tələbələr Quba rayonunun tarixi, mədəni, eləcə də turizm imkanları ilə tanış olublar.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.10.2019
Qənirə Paşayeva MM-də ailələrin və uşaq təşkilatlarının uşaq hüquqları ilə bağlı bir sıra təkliflər səsləndirib - Video
22.10.2019
AMEA-nın 86 yaşlı prezidenti istefa ərizəsi yazdı
22.10.2019
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22.10.2019
Azərbaycanda yeni tarix-mədəniyyət qoruqları yaradılır - SƏRƏNCAM
22.10.2019
Qənirə Paşayeva parlamenti qadınlara qarşı zorakılığın qarşısını almağa çağırıb