Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6399

Digər sorğular

Bakıda və Sumqayıtda bayram yarmarkaları olacaq - ÜNVANLAR

16:32  |    19 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

Bayram günlərində Bakı və Sumqayıt şəhərlərində bayram yarmarkaları təşkil ediləcək.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərinin əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 24-31 dekabr tarixlərində fasiləsiz olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.
Yarmarkalar aşağıdakı ünvanlarında təşkil olunacaq:

Bakı şəhəri üzrə:

Xətai rayonu:
-Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı

Nərimanov rayonu:
-Keşlə bazarının ərazisi;

Səbail rayonu:
-Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası

Suraxanı rayonu:
-Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı

Binəqədi rayonu :
-Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı.

Sumqayıt şəhəri üzrə (2 yerdə):
-12-ci mikrorayon
-köhnə avtovağzalın yanı

Yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunub və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.07.2019
Küləkli hava şəraiti davam edəcək
19.07.2019
Sabahın HAVA PROQNOZU
19.07.2019
Xoşbəxtlik libası satan bədbəxt
17.07.2019
Baş Prokurorluq: Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır
17.07.2019
Şəhidlərinin uşaqları üçün yay düşərgəsi təşkil edilir