Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6396

Digər sorğular

Zakir Qaralov Yevlaxda incidilən Qarabağ əlilini qəbul etdi

15:57  |    19 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

QAZİLER.AZ-ın xəbər verdiyi kimi, dekabrın 9-da Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Yevlax rayonunda vətəndaşları qəbul etmişdi. Bu zaman Baş prokurorun qəbuluna yazılan 1-ci qrup Qarabağ müharibəsi əlili (hər iki gözünü itirmiş) Vəfadar Hüseynova qarşı Yevlax rayon polisi tərəfindən hörmətsizlik və qanunsuzluq halı baş vermişdi. Polislər 1-ci qrup Qarabağ əlilini sürüyərək zorla maşına basıb polis idarəsinə aparmış və onun baş prokurorla görüşünə mane olmuşdular.

Məsələ ilə əlaqədar olaraq redaksiyamızda olan Qarabağ qazisi başına gələnləri bizə danışmışdır və bununla da məsələ ictimailəşmişdir. Bu gün redaksiyamıza telefon açan Qarabağ əlili bildirdi ki, onu respublikanın Baş Prokuroru Zakir Qaralov qəbul edib və problemləri ilə maraqlanıb. Eyni zamanda Z.Qaralov baş verənlərdən təəssüfləndiyini söyləyib. Baş prokuror Qarabağ əlilinə problemlərinin həllində əlindən gələn köməyi edəcəyini bildirib. O, Yevlax rayonunda V.Hüseynova köməklik göstərilməsi üçün müvafiq qurumlara tapşırıqlar verib.

1-ci qrup Qarabağ qazisi Vəfadar Hüseynov saytımız vasitəsilə Baş Prokuror Zakir Qaralova onu qəbul etdiyi və problemlərin həllində köməklik göstərdiyi üçün minnətdarlığını bildirir.

P.S. QAZİLER.AZ saytı olaraq 1 –ci qrup Qarabağ qazisi V.Hüseynovu qəbul edərək onun problemlərini dinləyən Baş Prokuror Zakir Qaralova minnətdarlığımızı bildiririk. Ümid edirik ki, məhz onun diqqət və sayğısı sayəsində hər iki gözünü vətən yolunda itirmiş bir insanın problemləri öz həllini tapacaq.

QAZİLER.AZ
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.07.2019
Baş Prokurorluq: Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır
17.07.2019
Şəhidlərinin uşaqları üçün yay düşərgəsi təşkil edilir
17.07.2019
Şamaxıda qədim məscid aşkar edildi
17.07.2019
Sabaha olan hava proqnozu açıqlanıb
16.07.2019
Ali Baş Komandanın tapşırığına əsasən hərbi hissələr yoxlanılır