Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6564

Digər sorğular

Tanınmış vəkil Elton Quliyevin ölümündən bir il ötdü...

15:53  |    17 Dekabr 2016  |   E-mail  |  Çapa göndər


Tanınmış vəkil Elton Quliyevin vəfatından bir il keçir.

Elton Quliyev 1956-cı ildə Ağdam şəhərində doğulub.

1977-1991-ci illərdə Bakı şəhər Daxili İşlər İdarəsində və Azərbaycan SSR Daxili İşlər Nazirliyində müstəntiq, baş müstəntiq, istintaq bölməsinin rəisi, istintaq idarəsinin rəis müavini vəzifələrində çalışıb.

1991-ci ildə istəyilə daxili işlər orqanlarından çıxıb, öz ixtisası üzrə işləməyə başlayıb.

1996-cı ildən Azərbaycan Vəkillər Kollegiyasının üzvü olub.

Elton Quliyev vəkil işlədiyi dövrdə adi işlərlər yanaşı, daha çox siyasi işlərə çıxıb. O, bir neçə nazirin, jurnalistlərin vəkili olub. Elton Quliyev keçmiş müdafiə naziri Rəhim Qazıyevin, Qarabağ qazilərinin, keçmiş iqtisadi -inkişaf naziri Fərhad Əliyevin, bloggerlər- Adnan Hacızadənin, Emin Millinin, gənc fəal Nigar Yaqublunun, jurnalist Seymur Həzinin, "Nida"çı gənclərin və bir çox başqalarının proseslərinə çıxıb. O, araşdırmaçı-jurnalist Xədicə İsmayılın müdafiəsinə qoşulan ilk vəkillərdəndir.

2014-cü ilin sonunda ona xərçəng diaqnozu qoyulub. 2015-ci ilin əvvəlində Türkiyədə əməliyyat olunsa da, ötən ilin 16 dekabrında vəfat edib.

Allah rəhmət eləsin!

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.11.2019
Cəlil Məmmədquluzadənin nəticəsi ilk dəfə Azərbaycana gəlib
16.11.2019
Aqşin Yeniseyin vəziyyəti ağırlaşdı
16.11.2019
Terrorçulara yardım etməkdə təqsirləndirilən azərbaycanlı beynəlxalq axtarışa verilib
16.11.2019
Zərdabda 30-dan çox uşağa günərzi qayğı xidmətləri göstərilir
16.11.2019
Telejurnalist "AzerGold"a mətbuat katibi təyin olundu