Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6955

Digər sorğular

1 manat kredit borcu 154 manat olub - Bank müştəriyə problem yaradıb - VİDEO

02:37  |    15 Dekabr 2016  |   E-mail  |  Çapa göndər


Bakı sakininin başına maraqlı hadisə gəlib. Tikdiyi evin damını qurmaq üçün bankdan kredit götürməyə gedən Səlvər Hacıyevin vəziyyətinə elə bank işçiləri də gülüblər.

Qaziler.az bildirir ki, Xezerxeber.az-ın məlumatına görə, məsələ burasındadır ki, Səlvər Hacıyev 10 il əvvəl aldığı televizoru “Bank Standart”da kreditləşdirib. Borcunu tam ödəyib qutardığını desə də, necə olubsa 1 manat borcu qalıb. 10 il ərzində isə bu borcun üzərinə faizlər gələrək 154 manata çatıb.

İndi kredit götürmək istədiyi bankdan ona deyiblər ki, gedib borcunu ödəməsəniz heç bir bankdan yeni kredit götürə bilməzsəniz. Bu dəfə isə başqa problem ortaya çıxıb. Çünki borclu olduğu “Bank Standart” artıq fəaliyyət göstərmir.

Hüquqşünas Asif Abdullayev isə deyir ki, vətəndaşın başına gələnlər gülməlidir, amma buna səbəb elə bankların özləridir. 10 il sonra borcludan ödəniş tələb etmək qanunvericilikdə nəzərdə tutulmayıb.

Məhkəməyə müraciət edərsə Səlvər Hacıyevin xeyrinə qərar çıxarılacaq. Amma o da 10 il əvvəl bankın bütün ödənişlərini etdiyinə dair möhürlü sənədi alsaydı bu gün belə problemlə üzləşməzdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.07.2020
Şəhid olan baş leytenantın FOTOSU - İki qardaş idilər, ikisi də...
13.07.2020
Baş əsgər Elşad Məmmədov Tovuzda dəfn edildi - FOTO
13.07.2020
Koronavirusa yoluxan Nəzakət Teymurovanın səhhəti necədir?
13.07.2020
Ermənilər təkcə cəbhədə təxribat törətmir... - Diqqətli olaq!
13.07.2020
Ağstafada şəhidin vida mərasimi keçirilir - FOTO