Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7305

Digər sorğular

Manatın taleyi ilə bağlı üçün sonuncu iclas - Qonşu ölkələr təşvişdə

17:50  |    14 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) iclası növbəti dəfə zəif qorunan milli valyutaları təlaşa salıb.

Bunu BakiPost.az-a iqtisadçı ekspert Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, Azərbaycan manatı da bu siyahıdan kənarda deyil: "Yenidən milli hökumətlərin, biznes dairələrinin, maliyyə analitiklərinin, marketinq tədqiqatçılarının diqqəti FED-in bu il üçün sonuncu sayılan iclasında maliyyə və valyuta bazarlarına təsir edəcək.

Hər şey çoxdan gözlənilən qərara yönəlib. İclasda baş tutacaq müzakirələr nəticəsində FED-in uçot dərəcələrinin artırılması ehtimalı yüksəkdir. Belə bir qərarın verilməsi, xüsusilə qonşu Türkiyədə lirə, Rusiyada rublun məzənnəsinin ucuzlaşmasını şərtləndirəcək. Azərbaycan manatı həm əsas ticarət tərəfdaşı olan qonşu ölkələr vasitəsilə, eləcə də birbaşa təsirlərə məruz qalacaq. Avropada və funt sterlinqdə dollara nəzərən gözlənilən ucuzlaşma da bizim valyutaya dolayı təsir edən faktorlardan ola bilər”.

Qubad İbadoğlu qeyd edib ki, manatın üzən məzənnəyə keçidi ilə bağlı müzakirələrin intensivləşdiyi indiki həssas dövrdə FED-in qərarının təsiri ilə baş verənlər onun valyuta bazarında mövqeyini bir az da zəiflədəcək:"Beləliklə də mövcud şərtlər çərçivəsində manatı üzən məzənnə rejimində saxlamaq daha da çətinləşir. Amma başqa alternativlər qalmayıb. Çünki islahatların və sərmayələrin gələcəyi manatın gerçək məzənnəsinin formalaşma tezliyindən asılıdır”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.01.2021
Dolların uzunmüddətli ucuzlaşması gözlənilir
19.01.2021
Vaksinlərin alınmasına xərclənən vəsait açıqlandı
18.01.2021
Bakı-Astara və Ərdəbil-Rəşt magistral yollarının birləşdirilməsinə dair saziş imzalanıb
18.01.2021
Azərbaycanda narın qiyməti niyə bahalaşır? - 3 SƏBƏB
15.01.2021
Mədəniyyət Komitəsinin sədri şuşalı mədəniyyət işçiləri ilə görüşüb