Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6571

Digər sorğular

Bakıda toy günü ev yandı, bəy və gəlin xəsarət aldı - VİDEO

03:52  |    14 Dekabr 2016  |   E-mail  |  Çapa göndər


Toy edən ailənin evi yanıb, bəy və gəlin yanıq xəsarətləri alıb.

Xezerxeber.az məlumat verir ki, hadisə ötən axşam paytaxtın Binəqədi rayonu ``Sulutəpə`` qəsəbəsində, Etibar Ağayevə məxsus evdə baş verib. Zərərçəkmiş ev sahibinin sözlərinə görə, hadisə onlar restorandan çıxıb evə gələndən sonra olub.

Partlayışın ardından evdə güclü yanğın olub. Onlar alov içində olan bəy və gəlini tez evdən çıxarmağa cəhd ediblər. Bəy Zaur Ağayev üz və bədən nahiyyəsindən, gəlin isə yüngül yanıq xəsarətləri ilə dərhal xəstəxanaya aparılıblar.

Hadisə yerinə həmin vaxt 4 yanğınsöndürən avtomobil gəlsə də alov 4 otaqlı evi əşyaları ilə birlikdə yararsız hala salıb. Ev sahibinin sözlərinə görə, yanğına ilkin səbəb kimi elektrik naqillərindəki qısaqapanma göstərilir. Çünki hadisə vaxtı qaz bağlı olub. Bəy və gəlinin otağında isə bir ədəd elektriklə işləyən soba olub.

Hadisə yerindən Fövəqəladə Hallar Nazirliyinin ekspertiza qrupu nümunələr götürüb. Yanğının dəqiq səbəbi araşdırmanın sonunda bilinəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.11.2019
Bakıda gəlin maşını yanıb - VİDEO
20.11.2019
Balakəndə əməliyyat: Narkobaron Bəxtiyar tutuldu
18.11.2019
Bakıda bir ailənin 4 üzvünün öldüyü yol qəzası ilə bağlı RƏSMİ
18.11.2019
Xəzərdə neftçi batıb
18.11.2019
Gəncədə arvadını öldürərək qaçan şəxs Bakıda tutulub