Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6564

Digər sorğular

“Siqaretə verilən puldan helikopter ixtira etmişəm“ - FOTO - VİDEO

03:18  |    14 Dekabr 2016  |   E-mail  |  Çapa göndər


Qusar rayonu Samur qəsəbə sakini Mirzəxan İmamquluyev 10 ildir ki, üzərində çalışdığı helikopteri ərsəyə gətirib.

Qaziler.az-ın məlumatına görə, ARB TV-ə müsahibə verən 67 yaşlı sakin bildirib ki, o, uzun müddət siqaret aludəçisi olub. 3 dəfə əməliyyat keçirdikdən sonra həkim məsləhəti ilə zərərli vərdişdən qurtulub. Ona xərclədiyi pula isə ehtiyyat hissələri alaraq helikopter hazırlamaq qərarına gəlib.

"10 il ərzində pula qənaət etmişəm. Həmdə ki, sağlamlığa da xeyri olub. Siqaretə verilən puldan isə helikopter ixtira etmişəm", - deyə Mirzəxan vurğulayıb.

Helikopteri ayağa qaldırmaq isə hələ ki, mümkün olmayıb. Bunun üçün lazım olan avadanlıqlar isə ölkəmizdə yoxdur.

Mirzəxan İmamquluyevin ixtiraları bununla kifayətlənmir. O, fındıq təmizləyən qurğu ixtirası ilə fındıqların təmizlənməsi işini asanlaşdırıb. Qurğu üçün avtomobilin ehtiyyat hissələrindən istifadə edən ixtiraçı cihazı daha da təkminləşdirmək istəyir.

Qəhrəmanı daha bir texnikanın üzərində çalışır. Həmin cihazla həm ot biçmək, həm də yer şumlamaq mümkün olacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
Aqşin Yeniseyin vəziyyəti ağırlaşdı
16.11.2019
Terrorçulara yardım etməkdə təqsirləndirilən azərbaycanlı beynəlxalq axtarışa verilib
16.11.2019
Zərdabda 30-dan çox uşağa günərzi qayğı xidmətləri göstərilir
16.11.2019
Telejurnalist "AzerGold"a mətbuat katibi təyin olundu
16.11.2019
Nazir Ağayevin yerinə onu rəis təyin etdi