Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7085

Digər sorğular

Hansı məhsullar bahalaşıb? - SİYAHI

20:33  |    13 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 12,1%, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,1%, qeyri-ərzaq məhsullarının qiymətləri 16,8%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,6% artıb.

Dövlət Statistika Komitəsindən BakiPost.az-a verilən məlumata görə, bu ilin noyabr ayında oktyabra nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,6%, qeyri-ərzaq məhsullarının qiymətləri 1,9%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,3% artıb. Ay ərzində düyü, un, qarabaşaq yarması, peçenye və paxlava, makaron məmulatları, mal, qoyun və toyuq əti, balıq məhsulları, kolbasa məmulatları, süd məhsulları, pendir və yumurta, kərə və bitki yağları, şəkər və şəkər tozu, qəhvə, çay və kakao, spirtli içkilər, armud, nar, heyva, pomidor, xiyarın qiymətlərində artım, banan, alma, limon, naringi, xurma, şabalıd, kələm, göyərti, kök, soğanın qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Noyabr ayında oktyabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçalar, geyim və ayaqqabılar, inşaat materialları, dərmanlar, mebel və ev əşyaları, zərgərlik məmulatları, xalça və digər döşəmə örtükləri, ev üçün toxuculuq məmulatları, şüşə məmulatları, yemək qabları və əşyaları, məişət cihazları, fərdi kompüterlər, dəftərxana ləvazimatları, kitablar, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində bahalaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqları, məişət cihazları, avtomobillərin təmiri xidmətləri, dəmiryol, hava və dəniz nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində bahalaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.09.2020
Azərbaycanda əhali pullarını daha çox hara xərcləyib?
25.09.2020
“Azəriqaz”ın müştəri xidmətlərinin elektron sistemi yaradılacaq
23.09.2020
“Lüzumsuz ezamiyyətlər və əlaqəli xərclər azaldılmalıdır” - Baş Nazir
23.09.2020
Ağalarovlar külli miqdarda kredit götürdü
23.09.2020
Gələn ilin büdcəsində hərbi xərclərə ciddi artım nəzərdə tutulur