Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir

19:21  |    12 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

Dekabrın 12-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım mərasimi keçirilmişdir. Bu barədə QAZİLER.AZ-a Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatının Mətbuat Xidmətindən məlumat verilib.

Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev çıxış edərək Ümummilli Liderin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında və milli dövlətçiliyin formalaşdırılması sahəsində xidmətlərindən ətraflı danışmışdır.


Ulu Öndər Heydər Əliyevin hələ SSRİ dövründə milli hərbçi kadrların yetişdirilməsi işinə xüsusi əhəmiyyət verməsindən və müstəqilliyin bərpa edilməsindən sonra ordu quruculuğu prosesini uğurla həyata keçirməsindən söz açmışdır.

O, Ümumilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin insanları dövlətçilik ətrafında sıx birləşdirən meyara çevrildiyini bildirmişdir. Qeyd etmişdir ki, hər bir azərbaycanlı Ulu Öndərin dövlət və xalq qarşısında xidmətlərini yüksək qiymətləndirir və Ümummilli Liderin xatirəsi daim qəlblərdə yaşayacaqdır.

Mərasimdə ulu öndər Heydər Əliyevə həsr olunmuş “Dahi qurucu” sənədli filmi nümayiş etdirilmişdir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM
18.09.2019
Direktor özünü təqsirli bilmir: Elinanın ölümü ilə bağlı cinayət işi
18.09.2019
Sabahın HAVA PROQNOZU - meteohəssas insanlarda narahatlıq...
17.09.2019
Bakının xilas gününü işğal kimi qələmə verənlər
17.09.2019
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır