Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6712

Digər sorğular

“Rusiya-Ermənistan birləşmiş qoşunu Azərbaycana heç bir problem yaratmır” - Rusiyalı rəsmi

17:09  |    12 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

“Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılması Azərbaycana heç bir problem yaratmır”.

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında, Rusiya Federasiya Şurasının İnformasiya siyasəti komitəsinin sədri Aleksey Puşkov bildirib.

A. Puşkov bildirib ki, Ermənistan Rusiyanın hərbi müttəfiqidir: “Ermənistan NATO üzvü olan ölkə ilə həmsərhəddir. Ona görə də hərbi müttəfiq münasibətləri şərtlərində birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında saziş imzalamaq tamamilə məntiqə uyğundur. Məsələ ondadır ki, bu saziş Azərbaycana problem yaradırmı? Fikrimcə, heç bir problem yaratmır. Çünki Azərbaycan Rusiyanın ən yaxın strateji tərəfdaşdır”.

A. Puşkovun fikrincə, Rusiyanın regionda öz nüfuz dairəsini genişləndirməsi Azərbaycanın əleyhinə ola bilməz: “Moskva Bakı ilə Yerevan arasında balansı gözləmək barədə özünə hesabat verir. Fikrimcə, Moskva bu balansı pozmur və heç vaxt da pozmayacaq. Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır. Ermənistanla isə həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, həm də Avrasiya İttifaqında əməkdaşlıq edirik. Fikrimcə, Bakı bu məqamı yaxşı başa düşür. Mən dəfələrlə Bakıda olmuşam, Azərbaycan rəhbərliyi ilə görüşmüşəm. Rusiyanın siyasətində Azərbaycanın narahatlığına səbəb olacaq heç nə görmürəm”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.02.2020
Tanınmış jurnalist Zabil Müqabioğlunun ölümündən üç il ötür
25.02.2020
Ərdoğan Bakıda Xocalı qətliamını törədənlərə LƏNƏT OXUDU
25.02.2020
Güclü külək sakinləri işıqsız qoyub
25.02.2020
“Dedi ki, qızını qaçırmışıq, iş işdən keçib” - Bulvarda intihar edən qızın atası
25.02.2020
Qanun pozuntularına yol verən məntəqələr açıqlandı - SİYAHI