Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6710

Digər sorğular

Tarif Şurasından suyun qiymətinin artması xəbərinə - Reaksiya

16:36  |    12 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

Azərbaycanda su təchizatı və tullantı sularının axıdılması tarifləri artırılmayıb.

Bu barədə Bakipost.az-a Tarif (qiymət) Şurasının Katibliyindən məlumat verilib.

Şuradan bildiriblər ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır, tariflərin birləşdirilməklə vahid tarif sisteminə keçilməsi tarif artımı kimi təqdim olunur. Bu cür yanlış məlumatlar isə əhali arasında çaşqınlıq yaradır.


Tarif (qiymət) Şurası bir daha xatırladır ki, "Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” 13 may 2016-cı il tarixli Qərarla "Azəristiliktəchizat” ASC üzrə 1 kubmetr su təchizatına görə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 0,35 manat, digər inzibati ərazi vahidləri üçün isə 0,30 manat, tullantı sularının axıdılması xidmətinə görə isə 0,15 manat təsdiq edilmişdi.

Şuranın 28 noyabr 2016-cı il tarixli iclasında müvafiq qərara dəyişiklik olunub, "Azəristiliktəchizat” ASC-nin "Azərsu” ASC-dən aldığı su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə tariflər birləşdirilərək vahid tarif təsdiq edilib.

Belə ki, adıçəkilən bu iki subyekt arasında 1 kubmetr su təchizatı və tullantı sularının axıdılması tarifləri Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 0,50 manat (0,35 manat + 0,15 manat), digər inzibati ərazi vahidləri üçün isə 0,45 manat (0,30 manat + 0,15 manat) olmaqla dəyişdirilməyib, birləşdirilərək əvvəlki səviyyədə saxlanılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.02.2020
“Bəziləri deyir ki, Məzahir Pənahovun yanında Stalin toya getməlidir”
24.02.2020
Vasif Talıbov yenidən sədr seçildi
24.02.2020
Elman Nəsirovun dairəsində 2 məntəqə nəzarətə götürüldü
24.02.2020
Nazirlər Kabineti koronavirusla bağlı əhaliyə müraciət etdi
24.02.2020
Mehriban Əliyeva əməkdar artistin müalicəsini üzərinə götürdü