Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6566

Digər sorğular

Nazirlikdə “İş yerinə dair arayış” e-xidmətindən 22 610 dəfə istifadə qeydə alınıb

15:56  |    12 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, son bir ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İş yerinə dair arayış” e-xidmətindən 22 610 dəfə istifadə qeydə alınıb.

Cari ilin noyabr ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətinə müraciətlərin sayı əvvəlki oktyabr ayı ilə müqayisədə 4,4 faiz artaraq 22 610-a çatıb. Ümumilikdə cari ilin yanvar-noyabr aylarında əhali həmin e-xidmətdən 204 918 dəfə faydalanıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 11 faiz çoxdur.

Müvafiq hallarda müxtəlif qurumlar tərəfindən vətəndaşlardan ən çox tələb olunan arayışlardan biri də iş yerinə dair arayışdır. “İş yerinə dair arayış” e-xidməti əmək fəaliyyəti ilə məşğul olan vətəndaşa həmin arayışı işlədiyi müəssisənin məsul şəxslərinə müraciət etmədən və istədiyi vaxtda onlayn rejimdə əldə etməyə imkan verir. İstifadəçi arayışı elektron formada aidiyyəti təşkilata göndərə, ya da kağız formasında çap edib təqdim edə bilər. Arayışda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, müddətli, yaxud müddətsiz olması, etibarlılıq müddəti və s. məlumatlar əhatə olunur.

Arayış hansı quruma təqdim edilirsə, həmin qurum bu sənəddə qeyd olunan ştrix-kod vasitəsilə “E-hökumət” portalındakı “Portal üzərindən verilmiş arayışların yoxlanılması” xidmətindən istifadə etməklə arayışda göstərilən məlumatların düzgünlüyünü yoxlaya bilir.

“İş yerinə dair arayış” e-xidməti 2014-cü ilin dekabr ayından əhalinin istifadəsindədir və əhali cari ilin 01 dekabr tarixinə qədər bu e-xidmətdən 425 828 dəfə faydalanıb.



Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.11.2019
Ağa Məhəmməd şah Qacarın gürcü çarı II İrakliyə ULTİMATUM MƏKTUBU
18.11.2019
Sabahın hava proqnozu açıqlanıb
18.11.2019
Tofiq Yaqublu azadlığa buraxılıb
18.11.2019
"Azəriqaz": Bakıda 10 massivdə qazlaşma işləri davam edir
18.11.2019
Məşhur şadlıq sarayında kütləvi zəhərlənmə: Bəy və gəlinin halı pisləşdi