Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Heydər Əliyevin anım günü ilə bağlı QMİ-də tədbir keçirilib

21:02  |    10 Dekabr 2016  |   E-mail  |  Çapa göndər


Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) ümummili lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, tədbirdə QMİ sədri Şeyxülislam Allaşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, din xadimləri və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan A.Paşazadə bildirib ki, Heydər Əliyev Azərbaycan xalqı, dövlətçliyi üçün, Azərbaycan dövlətinin qurulması üçün çox böyük işlər görüb:

"Müstəqilliyin ilk illərində Azərbaycan dövləti xəritədən silinmək üzrəydi, bunu istəyən qüvvələr var idi, onlar Azərbaycanı parçalamağı planlaşdırırdı. Ulu öndər Heydər Əliyev ikinci dəfə xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra Azərbaycan dövlətinin siyasətini qurdu və ölkəmizi parçalamaq istəyən qüvvələri neytrallaşdıra bildi, ölkəmizi böyük bəlalardan xilas etdi”.

A.Paşazadə vurğulayıb ki, Heydər Əliyev həm də inanclı bir insan idi, onun qəlbində Tanrı sevgisi var idi: “Allah-Təala Heydər Əliyevi böyük bir nemət kimi bizə göndərmişdi. Heydər Əliyevin qurduğu Azərbaycan dövləti bu gün bütün dünyada tanınır, regionda lider dövlətdir. Suriyada, İraqda, Yəməndə və digər ölkələrdə baş verən hadisələri görəndə, biz şükür etməliyik. Heydər Əliyev xalqımız üçün gecə-gündüz çalışırdı. Heydər Əliyev haqqında o qədər danışmaq olar ki, bunun üçün bir konfrans yetməz. Biz bu gün Heydər Əliyevin yolu ilə gedirik, inkişaf edirik”.

Daha sonra çıxış edən M.Qurbanlı bildirib ki, ulu öndər Heydər Əliyev haqqında bir siyasətçi kimi, dövlət qurucusu kimi, millətin lideri kimi danışmaq olar:

“Ancaq bu gün mən istərdim, Heydər Əliyevin dinimizə, milli-mənəvi dəyərlərimizə verdiyi töhfələr haqqında danışım. Heydər Əliyev dinimizin, milli-mənəvi dəyərlərimizin qarantı, onu qoruyan bir lider kimi yaddaşımıza hopub. Azərbaycanın ən mürəkkəb vaxtlarında Heydər Əliyev müqəddəs yerlərə getdi, ən çətin vaxtda Bibiheybət məscidinin təmirinə vəsait ayırdı və özü də oraya getdi. Heydər Əliyevin islami dəyərlərimizə nə qədər böyük önəm verdiyini görmüşük. Müstəqil dövlətin başçısı kimi, ulu öndər ölkəmizdə islami dəyərlərin qorunması istiqamətində ciddi səylər göstərib, böyük işlər görüb. Heydər Əliyev siyasi lider olmaqla bərabər, həm də millətin mənəvi atası sayılmalıdır. O, həmişə bizə mənəvi dəyərlərimizi qorumağı tövsiyə edirdi. Onun yaratdığı mühit, qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bizim də borcmuz odur ki, Heydər Əliyevin bizə qoyub getdiyi dəyərləri qoruyaq, yaşadaq”.

Digər çıxış edənlər də ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı, dövlətçiliyin qorunub saxlanması istiqamətində gördüyü işlərdən danışıb, ulu öndərə Allahdan rəhmət diləyiblər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM
18.09.2019
Direktor özünü təqsirli bilmir: Elinanın ölümü ilə bağlı cinayət işi
18.09.2019
Sabahın HAVA PROQNOZU - meteohəssas insanlarda narahatlıq...
17.09.2019
Bakının xilas gününü işğal kimi qələmə verənlər
17.09.2019
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır