Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6567

Digər sorğular

Azərbaycanda görünməmiş toy – Sakinlər şokda - Video

19:27  |    10 Dekabr 2016  |   E-mail  |  Çapa göndər


Dekabrın 7-dən 8-nə keçən gecə, təxminən saat 01.30 radələrində, İmişli şəhər əhalisinin narahatlığına səbəb olan hadisə baş verib.

Təxminən, yarım saat havaya bir-birinin ardınca gur işıq və partlayıcı səs buraxan fişənglər atılıb, hay-küy səsi gecənin sakitliyini pozub. Adamlar yuxudan oyanaraq evlərin pəncərəsindən bayıra baxıblar, küçələrə çıxanlar olub.
Şahidlərin “Sputnik”in müxbirinə dediklərinə görə, sakinlərin bəzilərinə elə gəlib ki, cəbhə bölgəsində atəşkəs pozulub, havaya buraxılanlar da odlu silahların mərmiləridir. Sonradan məlum olub ki, həmin gün İmişli şəhərindəki “Nərgizim” şadlıq sarayında, mindən çox adamın iştirakı ilə dəbdəbəli toy mərasimi təşkil olunub. Rusiyada yaşayan, əslən İmişlidən olan iş adamı, oğlunun toyuna həmin ölkədən xeyli sayda qonaq dəvət edibmiş.
Təkcə “Bəy-gəlin maşını”na 5, musiqiçilərə isə 20 min manat xərc çəkildiyi deyilir. Elə havaya, dəyəri minlərlə manat hesablanan “raketlər” də şadlıq sarayının həyətindən buraxılıb. Əraziyə çoxsaylı polis əməkdaşı cəlb olunub, toy sahibi ilə uzun-uzadı davam edən danışıqdan sonra “atəş” dayandırılıb.
Minlərlə rayon sakininin narahatlığına səbəb olan şənlik sosial şəbəkələrdə də müzakirə olunub, aşırı dəbdəbə və israfçılıq qınaq obyektinə çevrilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.11.2019
Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri işdən çıxarılıb
19.11.2019
Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
19.11.2019
Əlibəyli ilə müqavilə ləğv edildi, verilişi bağlandı - Rəsmi
18.11.2019
Ağa Məhəmməd şah Qacarın gürcü çarı II İrakliyə ULTİMATUM MƏKTUBU
18.11.2019
Sabahın hava proqnozu açıqlanıb