Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Azərbaycanda işədüzəltmə mərkəzi yaradıla bilər

13:25  |    10 Dekabr 2016  |   E-mail  |  Çapa göndər


Azərbaycanda işədüzəltmə mərkəzi təsis edilə bilər.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə deyilir.

Qeyd olunur ki, Azərbaycanda artıq icrasına başlanmış layihələr davam etdiriləcək, o cümlədən əmək məhsuldarlığı sahəsindəki fəaliyyətlərin nəticələrini izləmək üçün monitorinqlər keçiriləcək. Fəaliyyət prinsiplərini əsas tutaraq, ölkənin gələcək inkişafı yeni təkmilləşdirmə planları əsasında qurulacaq. Əmək məhsuldarlığının artırılması istiqamətində fəaliyyət planının hazırlanması və icrası prosesində effektiv beynəlxalq təcrübələrdən istifadə olunması zəruridir. Fəaliyyət göstərən istehsal müəssisələrində insan resursları üzrə bacarıqların təkmilləşdirilməsi və inkişaf etdirilməsi, klasterli inkişaf üçün işçi qüvvəsinin hazırlanması və təkrar hazırlanması prosesi davam etdiriləcək, işə qəbul və təlim mexanizmini təkmilləşdirmək üçün müxtəlif stimullaşdırıcı və təşviqedici tədbirlər həyata keçiriləcək.

Kommersiya təşkilatlarında işə qəbul prosesinin asanlaşdırılması və çevik mexanizmin qurulması üçün dövlət tərəfindən yerli işədüzəltmə mərkəzinin təsis edilməsi nəzərdən keçiriləcək. Müxtəlif sektorlarda əmək bazarının tələblərinə cavab verən perspektivli işçilərin hazırlanması məqsədilə mərkəz tərəfindən həyata keçirilən təlimlər tam olaraq dövlət tərəfindən maliyyələşdirilə bilər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Deputatların pensiyaları da artacaq
18.09.2019
Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM
18.09.2019
Direktor özünü təqsirli bilmir: Elinanın ölümü ilə bağlı cinayət işi
18.09.2019
Sabahın HAVA PROQNOZU - meteohəssas insanlarda narahatlıq...
17.09.2019
Bakının xilas gününü işğal kimi qələmə verənlər