Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6710

Digər sorğular

2016-cı ildə Azərbaycan kimləri itirdi? - siyahı

03:59  |    10 Dekabr 2016  |   E-mail  |  Çapa göndər


2016-cı ildə sənət aləmində bir çox tanınmışlar dünyasını dəyişdi.

Qaziler.az axşam.az-a istinadən bu il vəfat edən yerli məşhurların siyahısını təqdim edir:

İlin ən ağır itkilərindən biri xalq artisti İlhamə Quliyevanın vəfatı olub. Müğənninin fevralın 25-də səhər saatlarında qəfildən halı pisləşib, dünyasını dəyişib.

Xalq şairi Zəlimxan Yaqub uzun sürən xəstəlikdən sonra yanvarın 9-da haqq dünyasına qovuşub.

Xalq artisti, dirijor Nəriman Əzimov 80 yaşında vəfat edib.

Bu il rejissor Ələkbər Kazımovski də dünyasını dəyişib. O, əməkdar artist Nahidə Orucovanın 55 illik yubiley məclisinin başlamasına bir qədər qalmış restorana gəlib. Halı pisləşən rejissor masa arxasında rəhmətə gedib.

Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin 55 yaşlı diktoru Bəxtiyar Şərifzadə iş başında dünyasını dəyişib.

Şair, publisist, ssenari müəllifi, kino redaktoru, əməkdar mədəniyyət işçisi Fikrət Sadıq bu ilin noyabrında 86 yaşında vəfat edib.

Rejissor, əməkdar incəsənət xadimi Fikrət Əliyev də 2016-cı ildə dünyasını dəyişən tanınmışlardandır.

Aktyor, uzun illər AZTV-də rejissor assistenti kimi çalışan Arif Qasımov bu il vəfat edib.

"Şeron" qrupunun musiqiçisi Azər Qafarov 2016-cı ilin noyabrında dünyasını dəyişib.

Tanınmış uşaq bəstəkarı, SSRİ-nin əməkdar incəsənət xadimi, xalq artisti Oqtay Zülfüqarov 87 yaşında vəfat edib.

"Lider TV"nin əməkdaşı İlqar Qulusoy rəhmətə gedib.

Xalq şairi, tanınmış publisist Söhrab Tahir vəfat edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.02.2020
“Bəziləri deyir ki, Məzahir Pənahovun yanında Stalin toya getməlidir”
24.02.2020
Vasif Talıbov yenidən sədr seçildi
24.02.2020
Elman Nəsirovun dairəsində 2 məntəqə nəzarətə götürüldü
24.02.2020
Nazirlər Kabineti koronavirusla bağlı əhaliyə müraciət etdi
24.02.2020
Mehriban Əliyeva əməkdar artistin müalicəsini üzərinə götürdü