Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6562

Digər sorğular

Evlənən gənclərdə qorxulu xəstəliklər tapıldı — Statistika

00:38  |    10 Dekabr 2016  |   E-mail  |  Çapa göndər


Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan bu ilin noyabr ayının sonuna qədər müayinədən 219 256 nəfər keçib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Ölkə.Az-a verilən məlumata görə, müayinədən keçən 9 892 nəfərdə talassemiya daşıyıcılığı, 828 nəfərdə sifilis, 147 nəfərdə isə QİÇS aşkar olunub.

Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər.

Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılmışdır.

Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.11.2019
General plyonka ilə bağlı göstəriş verdi
15.11.2019
Erməni jurnalistləri və badımcan dolması
15.11.2019
Azərbaycan Ordusunun əməliyyat təliminin son mərhələsi keçirilib - VİDEO
15.11.2019
Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin açılışı olub - FOTO
15.11.2019
Bakıda 16 yaşlı yeniyetmə metroda itkin düşüb