Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6514

Digər sorğular

NATO komandanı: Türk zabitlərin vəzifədən götürülməsi ittifaqı zəiflədir

21:50  |    08 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

NATO-nun Avropa Müttəfiq Qüvvələr komandiri general Curtis Scaparrotti 15 iyul çevrilişə cəhddən sonra Türkiyənin Brüsseldə zabitləri vəzifələrindən uzaqlaşdırılmasının ittifaqı zəiflətdiyini bildirib.


Financial Times qəzetində verilən xəbərə görə, Scaparrotti, Brüsseldə verdiyi açıqlamada 15 iyul çevriliş cəhdindən indiyədək NATO-da xidmət edən Türk Silahlı Qüvvələr üzvləri olan 150-ə yaxın üst rütbəli zabitin həbs edildiyi, geri çağırıldığı və ya məcburən təqaüdə çıxarıldığını deyib.

Scaparotti deyib ki, "Bu zabitlər vacib xidmətlər veriblər... Burada qabiliyyətli və təcrübəli insanlarla işləyirdim və bu an mən öz komandamda qabiliyyət, təhlil və yerinə yetirilən iş baxımından zəifləmə görürəm".

ABŞ-lı general həmin zabitlərin çevriliş planlaşdırılmasında iştirak etdiklərinin düşünüb-düşünmədiyi ilə əlaqədər suala "xeyr" cavabı verib.

Bu barədə Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Baş Qərargah rəisi general Hulusi Akara da fikirlərini söylədiyini bildirən Scaparrotti, "Bu böyük və təcrübəli heyət olduğu üçün, biz çox təcrübə itirmişik. Ona görə də biz bir az deqradasiya müşahidə edirik və yeni liderlər və NATO ortaqları ilə əlaqələr qurmalı oluruq", deyib.

NATO-dakı vəzifələrindən uzaqlaşdırılan zabitlər arasında polkovnik, polkovnik-leytnant və generallar da var. Çevriliş cəhdindən indiyədək daha gənc zabitlərin daha yüksək rütbələrə təyin edilməsi ilə NATO-da xidmət edən TSQ heyətinin təxminən yarısı dəyişdirilib.

Scaparrotti həmçinin NATO-da vəzifəli hərbi heyətin və onların ailələrinin Türkiyəyə döndükdən sonra pis rəftara məruz qalmamaları üçün Türkiyədən əminlik istədiyini bildirərək bunları deyib:

"Burada bizimlə birliktə işləyən insanlara nə olduğundan narahatam. Mən general Akara demişəm ki, məni narahat edən məsələ - onlarla lazımi qaydada, qanunun aliliyi çərçivəsində rəftar edilməsidir.

Mən ona bu şəxslər və onların ailələrinə göstəriləcək münasibət barədə də öz narahatlığımı bildirdim. Məni narahat edən - gələcəkdə onları nə gözlədiyini bilməyən zabitlərdir. Belə ki, bəli, mən narahatam." (BBC)
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.10.2019
Resulayndakı terrorçuların mövqeləri belə vuruldu - VİDEO
15.10.2019
Gəl, Əsəd, gəl - Türkiyə Minbiçə gələn Əsəd qüvvələrinə Afrindən qaçışlarını xatırlatdı - VİDEO
15.10.2019
Türk ordusu ilə döyüşə gedən erməni terrorçu batalyonu haqda faktlar (VİDEO)
14.10.2019
Minbiç əməliyyatı başladı - Suriya Milli Ordusu açıqladı - VİDEO
14.10.2019
An-72 qəzası: “Putinin aşpazı” öldü – Şok iddia