Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6396

Digər sorğular

Azərbaycanla Türkiyə ticarət dövriyyəsində milli valyutalara keçə bilər

14:56  |    08 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

Türkiyə bir sıra ölkələrlə ticarət dövriyyəsini milli valyutalara keçirmək üçün danışıqlara başlayıb. "APA-Economics" Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin ölkələr arasında Azərbaycan da var.

Bildirilir ki, Türkiyənin İqtisadiyyat Nazirliyi Azərbaycan, Gürcüstan, Qırğızıstan və İraq kimi ölkələrlə ticarət dövriyyəsinin dollar və avro ilə deyil, milli valyutalarla aparılması üçün artıq təmaslara başlayıb.

Qeyd edək ki, bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiya, İran və Çinə ticarət dövriyyəsinin milli valyutalarla aparılması üçün bu ölkələrin liderlərinə müraciət edib. Onun sözlərinə görə, həmkarları bu təklifi dəstəkləyiblər. Türkiyə prezidenti hesab edir ki, atılacaq bu addım dolların sürətlə bahalaşmasının qarşısını alacaq, eyni zamanda milli valyutanın dəyər qazanmasına səbəb olacaq.

Bildirilir ki, bəzi ölkələr artıq gələn ilin birinci yarısından Ərdoğanın təklifinə dəstək verərək Türkiyə ilə ticarət dövriyyəsində yerli valyutadan istifadə edəcək.

Qeyd edək ki, cari ilin 10 ayının yekunlarına əsasən, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ölkələr arasında ticarət dövriyyəsinin həcmi 1 mlrd. 826 mln. 861,84 min dollar təşkil edib. Azərbaycanın ümumi ticarət dövriyyəsinin 12,91%-i Türkiyənin payına düşür. 10 ay ərzində Türkiyəyə 1,3 mlrd. dollarlıq mal ixrac edən Azərbaycan hesabat dövründə qardaş ölkədən 954 mln. dollarlıq mal idxal edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.07.2019
Baş Prokurorluq: Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır
17.07.2019
Şəhidlərinin uşaqları üçün yay düşərgəsi təşkil edilir
17.07.2019
Şamaxıda qədim məscid aşkar edildi
17.07.2019
Sabaha olan hava proqnozu açıqlanıb
16.07.2019
Ali Baş Komandanın tapşırığına əsasən hərbi hissələr yoxlanılır