Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6526

Digər sorğular

“Reklam haqqında“ qanunda dəyişiklik təsdiq edildi

00:36  |    08 Dekabr 2016  |   E-mail  |  Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyev “Reklam haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2016-cı il 28 oktyabr tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, dəyişikliyə əsasən, 32.1-ci maddəsinin birinci cümləsinə “müəyyən edilmiş” sözlərindən əvvəl “maliyyə bazarlarına nəzarət orqanı tərəfindən” sözləri əlavə edilir:

“32.1. İdman mərc oyunlarının, lotereyaların (stimullaşdırıcı lotereya istisna edilməklə) reklamının sifarişçisi qismində müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya olunmuş idman mərc oyunlarının operatoru və ya maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmiş lotereya təşkilatçısı çıxış edir. Reklam bilet və kuponların üzərində yerləşdirilə bilər”.

“Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli fərmanının ləğvi haqqında” Azərbaycan Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli fərmanının 2.10-cu bəndi aşağıdakı redaksiyada verilir:

“2.10. həmin Qanunun 32.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi həyata keçirir;”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.10.2019
Qənirə Paşayeva MM-də ailələrin və uşaq təşkilatlarının uşaq hüquqları ilə bağlı bir sıra təkliflər səsləndirib - Video
22.10.2019
AMEA-nın 86 yaşlı prezidenti istefa ərizəsi yazdı
22.10.2019
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22.10.2019
Azərbaycanda yeni tarix-mədəniyyət qoruqları yaradılır - SƏRƏNCAM
22.10.2019
Qənirə Paşayeva parlamenti qadınlara qarşı zorakılığın qarşısını almağa çağırıb