Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6399

Digər sorğular

SOCAR-ın 172 əməkdaşı işdən çıxarılıb? - RƏSMİ AÇIQLAMA

21:00  |    07 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

SOCAR-ın "Neftqaztikinti" trestinin 173 nəfər əməkdaşı işdən azad edilir. "APA-Economics" xəbər verir ki, bunu Neftçilər Hüquqlarının Müdafiəsi təşkilatının sədri Mirvari Qəhrəmanlı "Facebook" sosial şəbəkəsindəki hesabında bildirib.

Hüquq müdafiəçisi bildirib ki, işçilər müqavilə vaxtının bitməsi ilə əlaqədar tutduğu vəzifədən uzaqlaşdırılır.


"APA-Economics"in əldə etdiyi məlumata görə, trestdə "Ernst&Young" audit şirkəti tərəfindən yoxlama aparılır. "Yoxlamaların nəticələrinə əsasən trestin əməkdaşları işdən azad olunur", - deyə mənbə bildirib.

Qeyd edək ki, trestin 3000-ə yaxın əməkdaşı var.

SOCAR-ın İnsan resursları departamentinin rəisi Asif Bəkirli isə "APA-Economics"ə açıqlamasında deyib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: "Mənə verilən məlumata görə, qeyd edilən say o qədər deyil və bu işçilər müvəqqəti layihələrdə işləyib, vaxtları bitənlərdir. Dəqiq məlumatı trestdən alıb, sizə təqdim edərik".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.07.2019
Küləkli hava şəraiti davam edəcək
19.07.2019
Sabahın HAVA PROQNOZU
19.07.2019
Xoşbəxtlik libası satan bədbəxt
17.07.2019
Baş Prokurorluq: Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır
17.07.2019
Şəhidlərinin uşaqları üçün yay düşərgəsi təşkil edilir