Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6897

Digər sorğular

Velotrek böyük turnirlərə hazırdır

21:53  |    10 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Yenidənqurma və əsaslı təmir işləri başa çatmaqda olan Respublika Velotrekində uzunmüddətli fasilədən sonra ilk yarış - Bakı şəhər çempionatı keçirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, idman qurğusunun hazırkı vəziyyətini yoxlamaq üçün nəzərdə tutulan sınaq xarakterli yarışda müxtəlif yaş qrupları üzrə 40-dan artıq velosipedçi iştirak edib.

2 gün davam edən yarış Velotrekin böyük turnirlər üçün hazır olduğunu göstərib. Aprel ayının sonlarında tam istifadəyə verilməsi planlaşdırılan kompleksdə həm idmançılar, həm də məşqçilər üçün lazımi şərait yaradılıb. Burada ekstremal idman növləri həvəskarları, o cümlədən BMX yarışlarında iştirak edəcək idmançıların hazırlanması üçün “Skate Park”, habelə müasir mini futbol meydançası da var. Federasiyanın yeni inşa olunmuş inzibati binası da Velotrek ərazisində yerləşir.

Xatırladaq ki, Respublika Velotreki bir vaxtlar yalnız Azərbaycanda deyil, hətta keçmiş SSRİ məkanında 1980-ci il Moskva olimpiadası ərəfəsində o vaxtlar Azərbaycana rəhbərlik edən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə inşa olunmuş ən yaxşı idman qurğularından biri olub. Təəssüflər olsun ki, 90-cı illərin əvvəllərində Velotrek baxımsızlıq üzündən bərbad vəziyyətə düşüb və ərazisinin böyük bir hissəsi idmanla heç bir əlaqəsi olmayan müxtəlif qurumlar tərəfindən zəbt edilib. Ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanda velosiped idmanının inkişafı ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq, ərazidə geniş tikinti və yenidənqurma işləri aparılıb və yaxn vaxtlarda bu müasir idman qurğusu velosipedçilərin istifadəsinə veriləcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Operativ Qərargah idman zallarının açılmamasına aydınlıq gətirib
29.05.2020
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verildi, amma...
27.05.2020
Ukrayna çempionu intihar etdi
26.05.2020
Həbib Nurməhəmmədov koronavirus testindən imtina etdi
22.05.2020
Kamil Zeynallı azadlığa çıxdı