Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6526

Digər sorğular

“Valyuta tapa bilmirik” - Deputat

17:50  |    07 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

“Azərbaycanın bəzi məktəblərində istilik sistemi işləmir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin iclasında 2017-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Elmira Axundova deyib. O, “Azəristiliktəchizat” ASC-nin fəaliyyətindən narazılıq edib: “Azərbaycanda məktəblər inşa olunur və istilik təchizatı sistemi qurulur. Amma “Azəristiliktəchizat”ın SOCAR-a borcu olduğundan bəzi məktəblərdə istilik sistemi işləmir. Məndə olan məlumata görə, hazırda 100-ə yaxın məktəbdə bu problem mövcuddur. Nəticədə şagirdlər soyuq şəraitdə dərs öyrənməli olur, müəllimlər isə böyrək xəstəliyindən əziyyət çəkir. Bu problem öz həllini tapmalıdır”.

E. Axundova valyutadəyişmə məntəqələrinin bərpa olunmasını da təklif edib. O bildirib ki, bu gün ölkədə “qara bazar” tüğyan edir: “Günlərlə əlimizdəki pulu valyutaya dəyişmək istəyirik, amma tapa bilmirik. Ancaq “qara bazar”da nə qədər istəyirsən, valyuta tapa bilərsən. Ona görə də valyutadəyişmə məntəqələrinin bərpasını təklif edirəm. Ümumiyyətlə, başa düşə bilmirəm ki, bu valyutadəyişmə məntəqələri niyə qapadıldı? Axı bununla həm peşəkarlar prosesdən kənarda qaldı, həm də işsizlik yarandı”.

Millət vəkilinin fikrincə, valyutadəyişmə məntəqələrinin ləğvi turizm sektoruna da öz mənfi təsir göstərir: “Odur ki, hökumət vəziyyəti dəyərləndirməli və düzgün qərar verməlidir”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.10.2019
AMEA-nın 86 yaşlı prezidenti istefa ərizəsi yazdı
22.10.2019
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22.10.2019
Azərbaycanda yeni tarix-mədəniyyət qoruqları yaradılır - SƏRƏNCAM
22.10.2019
Qənirə Paşayeva parlamenti qadınlara qarşı zorakılığın qarşısını almağa çağırıb
22.10.2019
Milli Məclis deputatlarının əmək haqqı üçün büdcədən ayrılan vəsaitin məbləği məlum olub