Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6526

Digər sorğular

“Baş redaktorların saxlanılması araşdırılır” - Əflatun Amaşov

17:38  |    07 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

“Azərbaycan Mətbuat Şurası yarandığı gündən media məkanındakı neqativ hallara, sui-istifadələrə qarşı mübarizə aparmaqdadır. Bu mübarizəyə ictimaiyyətin diqqətini cəlb etmək üçün zamanında “reket jurnalistika” ifadəsi düşünülüb. “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası da yaratmışıq”.


Bunu APA-ya Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

Ə. Amaşov xatırladıb ki, komissiyanın rəyləri əsasında peşə prinsiplərinə tam etinasız yanaşan kütləvi informasiya vasitələrinin adları “qara siyahı”ya daxil edilir. “Qara siyahı” mütəmadi olaraq yenilənir və bu barədə cəmiyyətə məlumat verilir: “Əlbəttə, “reket jurnalist”, “reket mətbu orqan” deyilərkən biz məsələnin hüquqi tərəfləri üzərində dayanmırıq. Ancaq o da nəzərə alınmalıdır ki, belə kütləvi informasiya vasitələrinin “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na sayğısızlığı həm də hüquqi müstəvidə dəyərləndirilə bilən hadisədir. Bu cür şübhələrimiz olduğu təqdirdə müvafiq materialları hüquq-mühafizə orqanlarına təqdim edirik”.


Ə.Amaşov bildirib ki, rəhbərlik etdiyi qurumun tədbirləri ictimai qınağa əsaslanır. Barəsində Mətbuat Şurasına şikayət edilən nəşrin peşə prinsiplərinin hansı bəndlərini pozduğu diqqətə çatdırılır və məsələ bu qaydada ictimailəşir: “Ancaq təcrübə göstərir ki, bir çox hallarda ictimai qınaq tədbiri yetərsiz olur. “Bizim dövr” və “Gündəlik Bakı” qəzetlərinin baş redaktorları və onlarla birgə müxtəlif şəxslər saxlanılıb. Hazırda məsələ araşdırılmaqdadır. Konkret nəticəyə araşdırmanın yekunlarından sonra gəlmək mümkündür. Əgər sözügedən şəxslər həqiqətən də qanunları pozublarsa, müvafiq qaydada məsuliyyət daşımalıdırlar. Peşə prinsiplərinə etinasızlıqlarına gəldikdə, onu deyə bilərəm ki, onların rəhbərlik etdikləri media orqanları barədə şikayətlər indinin özündə də az deyil”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.10.2019
AMEA-nın 86 yaşlı prezidenti istefa ərizəsi yazdı
22.10.2019
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22.10.2019
Azərbaycanda yeni tarix-mədəniyyət qoruqları yaradılır - SƏRƏNCAM
22.10.2019
Qənirə Paşayeva parlamenti qadınlara qarşı zorakılığın qarşısını almağa çağırıb
22.10.2019
Milli Məclis deputatlarının əmək haqqı üçün büdcədən ayrılan vəsaitin məbləği məlum olub