Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6518

Digər sorğular

454 nəfər dəm qazından zəhərlənib - BU İL

17:12  |    07 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

Keçən il Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 402 xəstə qəbul olunub. Lent.az-ın məlumatına görə, bunu respublikanın baş toksikoloqu Azər Maqsudov jurnalistlərə açıqlamasında deyib. A. Maqsudov deyib ki, ötən il ərzində Toksikologiya Mərkəzinə dəm qazı zəhərlənməsi ilə bağlı gətirilən xəstələr arasında 1 ölüm hadisəsi baş verib: "Bu ölüm də xəstənin mərkəzimizə çox gec gətirilməsi ilə bağlı yaşanıb".


Baş toksikoloqun sözlərinə görə, 2016-cı ilin bu gününə qədər Toksikologiya Mərkəzinə dəm qazı zəhərlənməsi ilə bağlı 454 nəfər müraciət edib: "Onlardan 70 %-i orta ağır dərəcədə, 10 %-i ağır, qalanları isə yüngül zəhərlənib. Dəm qazı zəhərlənməsi ilə bağlı müraciət edənlər əsasən cavan və orta yaşlı, 20-40 yaş arası insanlardır".

Baş toksikoloq qeyd edib ki, dəm qazı zəhərlənmələri daha çox qapalı mühitdə, ən çox da hamam otağında baş verir: "Çox vaxt hamam otağının qapısı bağlı olur və bu da əlavə vaxt itkisinə səbəb olur. Xəstənin huşu üstündə olarsa vaxt itkisi yaratmır, amma huşu üstündə olmayanda əlavə vaxt itirilir".

Ötən il maşında iki gəncin dəm qazından zəhərlənərək öldüyünü xatırladan A.Maqsudov deyib ki, işlək vəziyyətdə olan cihazlarda hər zaman dəm qazı təhlükəsi var: " Cihaz benzin və ya qazla işləyirsə, zəhərlənmə ola bilər. Qapalı şəraitdə kondisioner işləyərsə, mütləq dəm qazı ilə zəhər maşın daxilinə keçə bilər. Maşın işə salınan zaman kondisioner də eyni zamanda işə salınarsa, diqqətli olmaq mütləqdir".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.10.2019
Elinanın anası Prezidentə müraciət etdi
17.10.2019
DİN və Baş Prokurorluq mitinq təşkilatçılarına xəbərdarlıq edib
17.10.2019
Gələn ildən Azərbaycanın bütün məktəblərində “Ortaq Türk tarixi” tədris ediləcək
17.10.2019
Sabahın hava proqnozu
17.10.2019
Nazir Mehman Təhməzovu vəzifədən azad etdi