Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Vətən uğrunda yaralanan zabitdən 25 min manat alıblar, özünü də ölüm yatağına salıblar - VİDEO

20:10  |    06 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mərkəzi Hərbi Klinik Hospitalında zabitdən niyə pul alıblar?


...Zaman 05 dekabr, 2016-cı il, məkan Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi 2a, mənzil 26...Bu ikiotaqlı sadə mənzildə bir Azərbaycan zabiti can üstədir, gözləri yolda, qəlbi intizarda...Amma ümidsiz və aciz durumda, sanki ölümünü gözləyir! O Azərbaycan zabiti ki, ömrünü orduya, sağlamlığını vətənimizin müdafiəsinə həsr edib – qurban verib! O Azərbaycan zabiti ki, cəbhədə aldığı yaradan düz səkkiz ildir yataq xəstəsinə çevrilib! O Azərbaycan zabiti ki, səhhətində yaranan problemlərlə bağlı 2001-ci ildən Azərbaycan ordusundan tərxis edilib. O Azərbaycan zabiti ki, sağlamlığını bərpa etmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mərkəzi Hərbi Klinik Hospitalında ondan 25 min manat alıblar, özünü də ölüm yatağına salıblar...



Tanıtım: Kamil Süleyman oğlu Şirəliyev 1960-cı ildə Kürdəmir rayonu Şilyan kəndində doğulub. Əvvəl Bakı Sosial İdarə etmə və Politologiya institutunun politologiya fakültəsini, sonra isə Bakı Ali Hərbi Dəniz Məktəbinin nəzdində zabit-siyasi işçi hazırlama üzrə kurs bitirib. Hələ sovetlər dönəmində Zaqafqaziya Hərbi dairəsində leytenant olaraq xidmətə başlayıb. Azərbaycan müstəqil olandan sonra öz ordumuzda xidmət edib. Torpaqlarımızı erməni təcavüzünə məruz qalanda isə bir hərbiçi kimi cəbhə bölgəsinə göndərilib. Gedib, xidmət edib, döyüşüb, bir neçə dəfə yaralanıb.



O, “N” saylı hərbi hissədə taqım komandiri, sonra isə motoatıcı alayın bölük komandirinin müavinindən başlayaraq alay komandiri vəzifəsinə qədər böyüyüb. Füzuli, Cəbrayıl, Ağdərə və sairə döyüş bölgələrində xidmət edib, döyüşüb. 1993-cü ildə isə Ağdam uğrunda döyüşlərdə top mərmisinin partlaması nəticəsində baş nahiyəsindən qəlpə yaraları və qapalı kəllə beyin travması alır. Müalicə alsa da, həmin gündən həyatının ən ağır anları başlayıb. İlk əvvəl güclü baş ağrıları, əsəb gərginliyi, süstlük-yorğunluqla özünü biruzə verən travma sonra səhhətində əməlli - başlı problemlərə yol açıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0285 saylı 14.06.2001 il tarixli əmri ilə 156-cı maddənin “A” bəndinə əsasən Azərbaycan Silahlı Qüvvələrindən polkovnik-leytenant Kamil Şirəliyev ehtiyata buraxılıb.




Kamil Şirəliyev 1997-ci ildən Suraxanı rayon” Müharibə, Əmək və Silahlı Qüvvələr” birliyinin üzvü, “Qarabağ müharibəsi veteranlar birliyinin” üzvü və 2008-ci ildə isə sədri seçilir. 2009 – cu ilin oktyabrında Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri ilə “ Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalları ilə təltif olunub.



Həyat yoldaşı Səyyarə xanım deyir ki, Kamili ölümcül vəziyyətdə Müdafiə Nazirliyinin mərkəzi Hərbi Klinik Hospitalına aparıblar: “Anestozologiya və Reanimasiya şöbəsində 20 günlük müayinə və müalicə kursu üçün bizdən 10.000 (on min) manat pul tələb etdilər. Qohum-qonşulardan birtəhər topladıq verdik. İnsult diaqnozu ilə müalicə alsa da səhhətində heç bir yaxşı nəticə olmadı. Buna baxmayaraq, müalicələrini yarımçıq kəsmədik. Müxtəlif məbləğlərdə pul ödəməklə, hospitalın xərclərinin öhdəsindən gəlməyə çalışdıq. Bəzən 19 gün üçün 1600, 557, 480, 1403, 768 manat pul ödədik. Üç aylıq müalicəyə 25.000 (İyirmi beş min) manatdan çox pul sərf etdik. Xəstəlik epikrizində “baş-beyin qan dövranının əsas arteryal hövzəsinin işemik insultu, serebral koma, hipertoniya xəstəliyi” diaqnozu qeyd edərək, hospitaldan evə yazdılar”.

Evdə isə o yataq çarpayısında ölümlə çarpışır.



“Olan-qalan pulumuz da, Kamilin sağlamlığı da əlimizdən getdi. Hazırda həyat yoldaşım danışmaq, yerimək, yemək-yemək, çay-su içmək bir sözlə özünü idarə etmək qabliyyətini yüz faiz itirib. Cərrahi əməliyyat vasitəsilə mədəsinə yerləşdirilmiş boru vasitəsilə yeməyə olan tələbatı ödənir. Görmə qabiliyyəti qismən – az da olsa var. Ömürlük çarpayıya məhkumdur. Heç bir xəstəxanada, klinikada pulsuz müalicə yoxdur. Son qəpiyimizi onun sağalması üçün, həyatda qalması üçün xərcləmişik. Onu tanıyanlar, xətrini əziz tutanlar indiyə qədər onu yaşatmaq üçün əlindən gələni ediblər. Artıq müalicə üçün heç kimə müraciət etməyə üzümüzdə yoxdur. İndi ümidimiz bir dövlətimizə, birdə imkanlı şəxslərə qalıb. Sizdən xahiş edirəm, Kamili yorğan-döşəkdə əriməyinə, ölməyinə imkan verməyin!” Bunları bizə həyat yoldaşı Səyyarə Şirəliyeva danışır. Kamil özü isə danışa bilmir, eləcə baxır...



Maraqlıdır, Müdafiə Nazirliyinin mərkəzi Hərbi Klinik Hospitalı sağlamlığını vətənimizin müdafiəsi zamanı itirən zabitimizdən 25 min manat pul alıb, amma müalicə əvəzinə onun vəziyyətinin daha da pisləşməsinə səbəb olublar və indi kənara çəkiliblər? Niyə?! Nə haqla!?




QAZİLER.AZ
Əntiqə Rəşid

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
11.09.2019
Sumqayıt, Şamaxı və Ağstafada qaz təchizatı dayandırılacaq
10.09.2019
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq