Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6514

Digər sorğular

Ermənistan Pakistana qarşı diplomatik savaşa başladı

01:10  |    06 Dekabr 2016  |   E-mail  |  Çapa göndər


Amerikalı erməni jurnalist isə lobbini İslamabada qarşı hərəkətə keçməyə çağırıb
Dost Pakistanın Azərbaycanı hərtərəfli müdafiə etməsi Ermənistanı əməlli-başlı qıcıqlandırır.

Qaziler.az Musavat.com-a istinadən bildirir ki, Son dövrlərdə Ermənistanın Pakistana qarşı dövlət səviyyəsində, diplomatik savaş açdığı göz önündədir.

Bununla bağlı olaraq erməni lobbisinin ABŞ-da dərc etdiyi “The California courier” qəzetinin yazarı Aram Sasunyan məqalə qələmə alıb.

Məqalədə Pakistanın Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatında müşahidəçi status almaq barədə istəyinin Ermənistan tərəfindən veto edildiyi bildirilir.

Ermənistan bu vetosunu Pakistanın İrəvanla diplomatik münasibət qurmaqdan imtina etməsi, habelə ümumiyyətlə Ermənistanı müstəqil dövlət olaraq tanımaq istəməməsi ilə əsaslandırıb.
“Doğrudan da Pakistan Ermənistanı 25 il ərzində dövlət olaraq tanımayan tək-tük dövlətlərdən biridir”, - məqalədə qeyd olunur.

Məqalə müəllifi Ermənistanın bu addımını az qala super-qəhrəmanlıq kimi təsvir edir: “Bu kiçik fraqment onu göstərir ki, Ermənistan zaman-zaman öz qərarlığını nümayiş etdirə bilir. Bu addım digər ölkələrə Ermənistanın öz maraqlarını müdafiə etməkdə qətiyyətli olduğunu, zərurət olduğu halda isə öz düşmənlərinin mənafelərinə əngəl törədə biləcəyini göstərir”.

Məqalədə Pakistanın anti-erməni mövqeyinin hələ keçmiş SSRİ dövrlərindən qaldığı vurğulanır: “Mənim xatirimdə 70-80-ci illərdə Pakistanın BMT-də, Cenevrədə insan hüquqları ilə bağlı keçirilən komissiyada Türkiyənin “erməni soyqırımı” (qondarma-red.) siyasətini müdafiə edən çıxışları indiyə kimi qalıb”, - Sasunyan yazır.

Məqalədə Ermənistanın 1991-ci ildə müstəqilliyini elan edəndən bəri Pakistan Türkiyə və Azərbaycanın maraqlarını müdafiə edərək ona qarşı düşmən siyasəti yeritdiyi yazılır. Müəllif Qarabağ müharibəsində Pakistan və Əfqanıstandan çoxlu mücahid iştirak etdiyini vurğulayıb.
“Bütün bu illər ərzində Azərbaycan və Pakistanın dövlət başçıları siyasi və iqtisadi əlaqələri möhkəmləndirən bir çox rəsmi ziyarət gerçəkləşdirib.

Məsələn, 2010-cu ildə Pakistanın müdafiə naziri Seyid Əthar Əli Bakıya səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə müdafiə və hərbi sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsini müzakirə edib.

Azərbaycan prezidenti cavabında Pakistana BMT-nin Azərbaycanın işğal olunmuş əraziləri haqqında” qətnaməsini dəstəklədiyi və “Azərbaycana qarşı təcavüz həyata keçirən Ermənistanı dövlət kimi tanımadığı üçün təşəkkür edib.

2015-ci ildə isə Pakistan prezidenti Məmnun Hüseyn Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindəki ədalətli mövqeyini müdafiə etdiklərini bəyan edib. Pakistan prezidenti Ermənistanı dövlət kimi tanımadıqlarını bildirib.

Bundan başqa, Pakistan senatı Xocalı soyqırımını rəsmən tanıdığını bəyan edib”.

Məqalədə aprel döyüşləri zamanı Pakistanın aprel ayının 5-də, Ermənistanı sülh prosesini intensiv top atışları ilə pozmaqda ittiham etdiyi bildirilir.

Sasunyanın məqaləsində Azərbaycan və Pakistanın hərbi sənaye sahəsində əməkdaşlığı genişləndirdiyi xüsusilə vurğulanır və bununla əlaqədar iki ölkə rəsmiləri arasında görüş qrafikinin sıxlaşdığına diqqət çəkilir:

“Bu ilin aprel ayında Azərbaycanın hərbi sənaye naziri Yavər Camalov Paksitanın baş naziri Nəvaz Şəriflə görüş zamanı Bakının Pakistandan hərbi texnika almaqda maraqlı olduğunu bildirib. 2016-cı lin sentyabrın 27-də Pakistanın müdafiə naziri Rana Tanvir isə Bakıda prezident İlham Əliyevlə görüşüb.

2016-cı ilin oktyabrın 14-dəAzərbaycanda səfərdə olan Pakistanın baş naziri Nəvaz Şərif Azərbaycan ordusu ilə birgə hərbi təlimləri həyata keçirmək niyyətini ifadə edib. Cavabında İlham Əliyev Pakistanın Hindistanla mübahisəli sayılan Cammu və Kəşmir ştatları ilə bağlı mövqeyini dəstəklədiyini açıqlayıb.

Bir ay sonra Azərbaycan baş nazirinin müavini Eyyub Yaqubov da Pakistana etdiyi səfər zamanı İlham Əliyevin Kəşmir və Cammu ştatları ilə bağlı mövqeyini təkrarlayıb. Prezident Məmnun Hüseyn isə Pakistanın Türkiyə və Rumıniyadan sonra Azərbaycanı tanıyan 3-cü ölkə olduğunu, Qarabağ məsələsində Azərbaycanı qeyd-şərtsiz dəstəklədiyini xatırladıb.
Azərbaycandan geri qalmaq istəməyən Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan 2016-cı ilin noyabrında Pakistanı ziyarət edib. Pakistan baş naziri onun bu ziyarətini “ikinci evinə qayıdış” kimi dəyərləndirib. Cavabında isə Ərdoğan “Bütün dünyanın Pakistandan nümunə götürməli olduğunu” qeyd edib”.

Bütün bunları sadalayaraq müəllif Ermənistana Pakistan məsələsində bəzi “məsləhətlər” verib:

“Ermənistan BMT-də Pakistanın maraqlarına toxunacaq bütün məsələlərdə onun əleyhinə çıxmalıdır;

“Ermənistan Paksitanın Avrasiya İttifaqı ilə münasibətlər qurmasına əngəl törətməlidir”;

“Ermənistan Kəsmir və Cammu vilayətləri ilə bağlı Hindistanın mövqeyini dəstəkləməlidir”;

“Erməni lobbisi ABŞ Konqresində Pakistanda insan haqlarının pozulması ilə bağlı dinləmələr keçirməsinə nail olmalıdır”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.10.2019
Minbiç əməliyyatı başladı - Suriya Milli Ordusu açıqladı - VİDEO
14.10.2019
An-72 qəzası: “Putinin aşpazı” öldü – Şok iddia
14.10.2019
Türkiyə MN: Suriyada məhv edilən terrorçuların sayı 550-yə çatıb
14.10.2019
Suriya əməliyyatının 5-ci günü - Türkiyəyə böyük dəstək
13.10.2019
Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılması barədə əmr verib