Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Bahar Muradova barəsində yayılan xəbərlərə reaksiya verdi – VİDEOLAR

23:51  |    05 Dekabr 2016  |   E-mail  |  Çapa göndər


Vitse-spiker: “Bunlar kimlərinsə təxəyyülünün məhsuludur”

Son günlər bəzi mətbuat orqanlarında, həmçinin sosial şəbəkələrdə Milli Məclisin vitse-spikeri Bahar Muradovaya qarşı etirazlar ifadə olunur. Xanım vitse-spikerin 2017-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı “xalq ayağını yorğanına görə uzatsın və hökumətdən olan gözləntilərini sonraya saxlasın” dediyini iddia edən bəzi şəxslər buna görə onu tənqid edirlər, hətta təhqirlər də yağdıranlar var. Artıq neçə gündür bununla bağlı müzakirələrin davam etdiyini nəzərə alıb məsələ ilə əlaqədar Bahar Muradovanın fikirlərini almağa çalışdıq.

Qaziler.az-ın məlumatına görə, vitse-spiker Musavat.com-a eksklüziv açıqlamasında bildirdi ki, müzakirələrə səbəb olan fikirlər qəti şəkildə ona aid deyil:

- Mən birmənalı şəkildə deyirəm ki, sizin gətirdiyiniz sitatlar mənim nə dekabrın 2-dəki büdcə müzakirələri zamanındakı çıxışımda, nə ondan əvvəlki, nə də ondan sonrakı dövrlərdə mənim dilimdən səslənməyib. Bunlar kimlərinsə təxəyyülünün məhsuludur. Mən başqalarının “təxəyyülünün” bu cür məhsuluna cavabdehlik etmək niyyətində deyiləm. Mənim konkret olaraq büdcə müzakirələrindəki çıxışımın videoyazısı sosial şəbəkədə, həm də Youtube-də var. Maraqlananlar ona baxıb orada fikrimi necə ifadə etdiyimlə tanış ola bilərlər.

- Bahar xanım, bundan əvvəl də bir neçə deputat həmkarınızla bağlı anoloji qalmaqal yaranmışdı. Hətta belə yanaşma var ki, əhalinin bahalıqdan, devalvasiyadan, gəlirlərin az olmasından əziyyət çəkdiyi, aqressiyanın artdığı bir dövrdə məmurlar, rəsmi şəxslər, həmçinin deputatlar qarşı tərəfdən sərt təpki, etirazla üzləşməmək üçün hansısa ifadələri işlədəndə ehtiyatlı olsunlar. Bununla razılaşırsınızmı?

- Bilirsiniz, ümumiyyətlə, kimliyindən asılı olmayaraq, kimsə cəmiyyətə yönəlik fikir səsləndirirsə, o bunu müvafiq hüquq normaları çərçivədə işlətməyə çalışmalı, öz mövqeyini də ona uyğun şəkildə bildirməlidir. Hətta bu və ya digər açıqlamalara şərhlər, münasibətlər bildirilirsə, o da ən azı etik çərçivədə və mənəvi dəyərlərə uyğun gəlməlidir. Biz cəmiyyətdə yaşayırıq və burdakı münasibətlər də müəyyən kriteriyalar, müəyyən çərçivələr daxilində qurulur.

Əlavə fikirlər söyləməyə lüzum görməyən B.Muradova Milli Məclisdəki son müzakirələr zamanı etdiyi çıxışların linkini də təqdim etdi.



Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.09.2019
Türmə nəzarətçiləri Vidadi Zeynalovun başına necə OYUN AÇIBLAR...
15.09.2019
Ən varlı azərbaycanlı "lotu"lar: "Lotu Quli" milyarder çıxdı (SİYAHI)
15.09.2019
Sabahın HAVA PROQNOZU
15.09.2019
Birinci vitse-prezident Mehriban Əliyeva şagird, tələbə, müəllim və valideynləri Bilik Günü münasibəti ilə təbrik edib
15.09.2019
Bakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötür