Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Aldığı aviabilet saxta çıxdı - şirkət isə zərəri ödəmək istəmir - VİDEO

03:52  |    03 Dekabr 2016  |   E-mail  |  Çapa göndər


Fikrət Osmanov bileti 'Nur' travel şirkətindən alıb

Həm pulundan oldu , həm də vaxtından...Vətəndaşın aldığı aviabilet hava limanında saxta çıxıb.

"Xəzər Xəbər" məlumat verir ki, Fikrət Osmanov bileti ötən ayın 7-də metronun 28 may stansiyasının yaxınlığında yerləşən ``Nur`` travel şirkətindən alıb. Ancaq hava limanında ona biletin elektron nömrəsinin olmadığı və saxta olduğu deyilib.

Bundan sonra Fikrət Osmanov bileti aldığı şirkətə müraciət edərək pulunu tələb edib.

Problemi araşdırmaq üçün elə Fikrət Osmanovla birlikdə adı çəkilən şirkətə getdik. Şirkətin rəhbəri Məhəmməd Sadıqov bildirdi ki, şirkətin Şəbnəm Fərəcova adlı işçisi bu vətəndaşla yanaşı bir neçə müştəriyə də saxta bilet satıb.Bütün işləri elektron qaydada həyata keçirib. Bundan xəbər tutandan sonra artıq gec olub. Çünki həmin işçi ilə əlaqə saxlamaq mümkün olmayıb.

Şirkət rəhəbəri, Şəbnəm Fərəcova ilə 3 ildən artıq işlədiyini və belə bir problemin indiyənədək yaşanmadığını deyir. O, saxta biletin necə satdığından isə xəbərsiz olduğunu bildirdi. Bununla belə, şirkət rəhbəri müştərilərə dəyən zərəri ödəyə bilməyəcəklərini deyib.

Hüquqşünaslar isə bildirir ki, əgər şirkətin işçisi işə götürənlə əmək müqaviləsi bağlayıbsa, vətəndaşlara dəymiş ziyan şirkət, yəni işə götürən tərəfindən ödənməlidir. Çünki işçi şirkəti təmsil edir və biletlərə vurulan möhür də məhz şirkətə aiddir. Əgər şirkət dəymiş ziyanı ödəməkdən boyun qaçırırsa, o zaman vətəndaş məhəkməyə müraciət edib dəymiş ziyanı tələb edə bilər. O ki qaldı işçiinin şirkətə vurduğu zərərə, bunun üçün hüquq mühafizə orqanlarının araşdırmasının başa çatmasını gözləmək lazımdır.

Qaziler.az “Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.09.2019
Türmə nəzarətçiləri Vidadi Zeynalovun başına necə OYUN AÇIBLAR...
15.09.2019
Ən varlı azərbaycanlı "lotu"lar: "Lotu Quli" milyarder çıxdı (SİYAHI)
15.09.2019
Sabahın HAVA PROQNOZU
15.09.2019
Birinci vitse-prezident Mehriban Əliyeva şagird, tələbə, müəllim və valideynləri Bilik Günü münasibəti ilə təbrik edib
15.09.2019
Bakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötür