Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6519

Digər sorğular

Otellər də qiymətlərə yenidən baxacaq

01:16  |    02 Dekabr 2016  |   E-mail  |  Çapa göndər


Tarif Şurası enerji tariflərinin qiymətlərini qaldırdıqdan sonra müxtəlif sahələrdə bahalaşma müşahidə olundu.

Bəzi xidmət sahələrində qiymət artımı artıq baş verib, bəzilərində isə bahalaşmanın olacağı istisna deyil. Qazın və işığın tariflərinin bahalaşması otel və restoranlarda da qiymətlərin artacağından xəbər verir.

Ölkə.Az xəbər verir ki, Fins.az-ın suallarını cavablandıran AzTA nümayəndəsi Müzəffər Ağakərimov bahalaşmanın olacağını bildirib. M. Ağakərimov xüsusən də restoran xidmətlərində bahalaşma olacağını qeyd edib. Çünki əksər restoranlarda qaz sobalarından çox elektrik enerjisi ilə çalışan avadanlıqlardan istifadə olunur. Həmçinin sobalardan tutmuş kondisionerlərə qədər bütün elektrik cihazları üzrə qoyulmuş həddi keçdiyinə görə restoranların xərci çoxalacaq.

Otellərin qiymət artırmasına gəlincə isə, AzTA nümayəndəsi artıq otellərin Yeni İl bayramı ilə əlaqədər olaraq nömrələri satdığını və bu səbəbdən də artıq qiymətlərdə dəyişiklik edə bilməyəcəklərini deyib. O, otellərin, qiymət siyasətinə Yeni ildən sonrakı aylarda baxacaqlarını bildirib. Lakin ekspert bəzi otellərin qiymət siyasətinə indidən dəyişiklik etməsini də istisna etmir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.10.2019
İki rayonda qaz olmayacaq
18.10.2019
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
17.10.2019
Elinanın anası Prezidentə müraciət etdi
17.10.2019
DİN və Baş Prokurorluq mitinq təşkilatçılarına xəbərdarlıq edib
17.10.2019
Gələn ildən Azərbaycanın bütün məktəblərində “Ortaq Türk tarixi” tədris ediləcək