Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6886

Digər sorğular

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib

00:39  |    02 Dekabr 2016  |   E-mail  |  Çapa göndər


Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Fərhad Abdullayevin sədrliyi ilə baş tutan iclasda K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2016-cı il 21 yanvar tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin, onun və cavabverən orqanın nümayəndələrinin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərara əsasən, R.Həsənov və digərlərinin K.Abbasova qarşı pul tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2016-cı il 21 yanvar tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilib. Bu qərara uyğun olaraq işə Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilən qaydada və müddətdə yenidən baxılacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Daha üç rayonda peşə tədrisi mərkəzi açılacaq
29.05.2020
Havanın temperaturu 4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
29.05.2020
Azərbaycanda koronavirusun ikinci dalğası ilə bağlı XƏBƏRDARLIQ - VİDEO
29.05.2020
Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
29.05.2020
"Ay it uşaqları, Ramil Markaryanı yatdığı yerdə öldürməyib..."