Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6518

Digər sorğular

“İstehlakçı 1500 kub qazı 2 aya istehlak edəcək”

21:25  |    01 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

Qazın qiymət artımı qış dövründə, işığın qiymət artımı isə yay mövsümündə əhalinin xərclərini daha çox artıracaq.

Modern.az-ın məlumatına görə, bu haqda şərh verən iqtisadçı Qubad İbadoğlu deyib ki, tarif dəyişikliyi əhalinin büdcəsinə təsirsiz ötüşməyəcək:
"Tarif Şurasının məlum qərarı ilə baş verən qiymət artımlarının təsirlərinə dair hesablamalar göstərir ki, qış dövründə evlərini qaz yandırmaqla isidən əhalinin büdcəsinə daha çox təsiri təbii qazın qiymətinin bahalaşması göstərəcək.

Bu xüsusilə də ölkə paytaxtında və ətraf rayonlarda qazla işləyən qızdırcı sistemlərin (kombilərın) sərfiyyat göstəricilərindən asılı olacaq. Hazırda mənzilin sahəsindən asılı olaraq ən çox işlədilən kombilərin gücü 24-lə 40 arasında dəyişir.

Texniki parametrlərinə görə, 24-lük kombinin 1 saatlıq qaz sərfiyyatı 2,2 kubdur. Belə olan halda 10 saat işləyən kombi gündə 22 kub, ayda isə 660 kub qaz yandırır. Bu isə o deməkdir ki, həmin istehlakçı 2,5 aydan sonra yalnız istilik məqsədilə istifadə etdiyi qaza görə minimal normasını ödəyərək, ilin qalan 9,5 ayında əvvəlkindən 2 dəfə yüksək tariflərlə ödəniş etmək məcburiyyətində qalacaq”.

Ekspertin sözlərinə görə, daha böyük həcmli kombilərdən istifadə edənlər daha çox ödəniş etmək məcburiyyətində qalacaqlar:

"Evlərinin isidilməsində 28-lik kombilərdən istifadə edənlər üçün isə bu müddət 2 ay təşkil edəcək və həmin ailələrin də xərcləri ilin 10 ayında bahalı tariflərlə hesablanacaq. 32 və 36-lıq kombilərin istifadəçiləri 1,5 aydan, 40-lıq kombinin isifadəçiləri isə 1 aydan tez minimal normanı, yəni illik 1500 kubmetri istehlak edib, yerdə qalan müddətdə əvvəlki kimi hər 1 kuba görə 10 qəpik deyil, 2 dəfə çox - 20 qəpik ödəyəcəklər.
Nəzərə alanda ki, ailə təsərrüfatında təbii qaz yalnız isitmə məqsədilə deyil, həm də digər məqsədlər üçün istifadə edir, onda yuxarıda qeyd olunan müddətlər daha da tezləşəcək”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.10.2019
İki rayonda qaz olmayacaq
18.10.2019
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
17.10.2019
Elinanın anası Prezidentə müraciət etdi
17.10.2019
DİN və Baş Prokurorluq mitinq təşkilatçılarına xəbərdarlıq edib
17.10.2019
Gələn ildən Azərbaycanın bütün məktəblərində “Ortaq Türk tarixi” tədris ediləcək