Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6888

Digər sorğular

Bosniya və Herseqovinanın xarici işlər naziri Azərbaycana gələcək

20:26  |    30 Noyabr 2016  |   E-mail  |  Çapa göndər

Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak Azərbaycana rəsmi səfər edəcək.

Xarici İşlər Nazirliyinin ( XİN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadakın səfəri 1-2 dekabr tarixlərində baş tutacaq.

Səfər çərçivəsində İqor Çrnadakın 1 dekabr tarixində xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 1 dekabr tarixində saat 11:10-dan gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.

Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər..
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
30.05.2020
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub - Ölənlər var
30.05.2020
Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatıb - FAKTİKİ HAVA
30.05.2020
“Tarqovı”dakı görüntülərlə bağlı təşkilatçıya qarşı cinayət işi açıldı
30.05.2020
AXCP üzvü polisə tabe olmadığına görə həbs edilib
30.05.2020
Maska taxmayanlar nə qədər cərimələnəcək? - Məbləğ açıqlandı