Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6519

Digər sorğular

“Sabahın əsgəri” adlı yazı müsabiqəsi elan edildi

18:51  |    30 Noyabr 2016  |   E-mail  |  Çapa göndər

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Sabahın əsgəri” adlı yazı müsabiqəsi elan edir. Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən QAZİLER.AZ-a məlumat verilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətənpərvərlik təbliğatının yüksəldilməsi və Xidmətin yaradılmasının 5-ci ildönümü münasibəti ilə ümumtəhsil məktəblərinin X - XI sinif şagirdləri arasında “Sabahın əsgəri” adlı yazı müsabiqəsi elan edir.

Müsabiqənin şərtləri:
1. Müsabiqəyə hər şagird yalnız bir yazı təqdim edə bilər.
2. Müsabiqəyə 2016-cı ilin dekabr ayının 1-dən 2017-ci ilin yanvar ayının 18-dək olan müddətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron poçt ünvanına təqdim olunmuş yazılar buraxılacaq.
3. Yazılar 5 min işarədən çox olmamalıdır.
4. Təqdim olunan bütün yazılarda vətənpərvərlik ruhu yaradılmalı, gənc nəslin dövlətçilik ənənələrinə ehtiramı, qüdrətli ordu quruculuğu yolunda bilik və bacarıqlarını səfərbər edəcəyi əksini tapmalıdır.
5. Müsabiqəyə təqdim olunan yazılar təbliğat, maarifləndirmə, çap məqsədi ilə Xidmətin nəşrlərində istifadə edilə bilər.
6. Müsabiqə üçün yazılar 2017-ci ilin yanvar ayının 18-dək elektron formada [email protected] ünvanına göndərilməlidir. Müəllifin özü haqqında məlumatları (adı, soyadı, atasının adı, oxuduğu ümumtəhsil məktəbi və sinfi) və əlaqə nömrələrini göstərməsi zəruridir.

Qaliblərin mükafatlandırılması:
I yer - Noutbuk

II yer - Netbuk

III yer - Planşet

Həvəsləndirici mükafatlar (10 mükafat) - E-book elektron kitab

Müsabiqənin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomları ilə təltif olunacaqlar.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz:
Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 30.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının inzibati binası
Əlaqə telefonu: 493-06-52
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.10.2019
İki rayonda qaz olmayacaq
18.10.2019
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
17.10.2019
Elinanın anası Prezidentə müraciət etdi
17.10.2019
DİN və Baş Prokurorluq mitinq təşkilatçılarına xəbərdarlıq edib
17.10.2019
Gələn ildən Azərbaycanın bütün məktəblərində “Ortaq Türk tarixi” tədris ediləcək