Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Nazirlik 362 nəfər işsizin biznes-planını qiymətləndirib

20:38  |    29 Noyabr 2016  |   E-mail  |  Çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, özünüməşğulluq proqramı üzrə artıq 362 nəfər işaxtaran və işsiz vətəndaşın
biznes-planı müsbət qiymətləndirilib.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına uyğun olaraq, əhalinin özünüməşğulluğunun təmin olunması üzrə proqramın icrası işləri davam etdirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramı üzrə təlim kurslarını bitirmiş işaxtaran və işsiz vətəndaşların biznes-planlarının növbəti qiymətləndirilməsini həyata keçirib.
İki gün davam edən qiymətləndirməyə 8 rayon və şəhər (Saatlı, Göyçay, Kürdəmir, Lerik, Astara, Masallı, Yardımlı, Mingəçevir) üzrə təlim kurslarını yekunlaşdırmış 141 nəfər tərəfindən biznes-planlar təqdim olunub. Biznes ideyasının reallaşdırılmasına hazırlıq, peşəkarlıq və təcrübə, motivasiya meyarları əsasında, obyekiv və şəffaf şəraitdə aparılan qiymətləndirmə nəticəsində həmin şəxslərdən 118 nəfərinin biznes-planları müsbət dəyərləndirilib. Biznes-planlar əsasən kənd təsərrüfatı, xidmət, istehsal və ticarət sahələrinə aid olub.

Özünüməşğulluq proqramı üzrə təlim kurslarını bitirmiş vətəndaşların özünüməşğulluq fəaliyyəti üzrə biznes-planlarının qiymətləndirilməsi prosesinə bu ayın əvvəllərində başlanılıb. Kursları yekunlaşdırmış 532 nəfərdən bu günədək artıq 441 nəfəri biznes-planların müdafiəsi prosesində iştirak edib. Onlardan 24 rayon üzrə 362 nəfərinin biznes-planları uğurlu hesab edilib. (Keçirilmiş qiymətləndirmələrin nəticələri bu sahədə şəffaflığın və ictimai nəzarətin təmin olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (www.mlspp.gov.az) “Aktiv əmək bazarı proqramları” adlı bölmədə yerləşdirilib). Uğurlu hesab edilən biznes-planlarla bağlı aidiyyəti işaxtaran və işsiz vətəndaşların ailə təsərrüfatlarının formalaşdırılması üçün onların mal və materiallar formasında dəstəklənməsi işləri aparılacaq.

Təlim kurslarını bitirmiş digər şəxslərin də özünüməşğulluq fəaliyyəti üzrə biznes-planlarının qiymətləndirilməsi müvafiq qrafik əsasında qarşıdakı dövrdə həyata keçiriləcək. Xatırladaq ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramına 1500 nəfər işaxtaran və işsiz vətəndaşın cəlb edilməsi, onların ailə bizneslərinin yaradılması nəzərdə tutulur.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Yol polisini təhqir edən sürücüyə 15 sutka həbs cəzası verilib
18.09.2019
Lənkəran, Xırdalan və Bakının Xətai rayonunda qaz təchizatı dayandırılıb
17.09.2019
“KAMAZ” qaz xəttinin dayaqlarını qopardı
16.09.2019
Stalin bir hərf səhvinə görə bütün redaksiyanı güllələtdirib
13.09.2019
Biləsuvarda bir neçə müəssisənin qaz təchizatı dayandırılıb