Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6567

Digər sorğular

2 gün sonra dondurucu və uzun qış gəlir - XƏBƏRDARLIQ

18:57  |    29 Noyabr 2016  |   E-mail  |  Çapa göndər

Sibirin qışı bütün dünyanı "vuracaq”.

Amerikadan olan iqlim üzrə mütəxəssis Judah Cohenin 17 illik araşdırmasına görə, Sibirə nə qədər çox qar yağarsa, dünyaya qış bir o qədər tez gəlir. Bu isə o deməkdir ki, bu il Quzey Amerika, Avropa və Asiyanı dəhşətli soyuqlar gözləyir.


Mütəxəssisin sözlərinə görə, bu qış olduqca uzun və soyuq keçəcək.
Massaçusets Texniki Universitetinin mütəxəssisinin araşdırmalarına görə, Sibirə yağan qarın miqdarı ilə dünya ölkələrindəki hava şəraiti arasında birbaşa əlaqə var: "Normalda soyuq havalar fevraldan başlamalı olduğu halda bu il dekabrdan başlayacaq. Dondurucu soyuqlar Şimali Amerika, Avropa və Asiyada özünü göstərəcək. Qlobal istiləşmə Şimal Buzlu Okeanında buzları əridir. Bu ərimə atmosferə daha çox nəm salır.

Bu nəm üzündən Sibirə daha çox qar yağır. Sibirin qar örtüyü Günəş şüalarının göy üzünə daha çox əks olunduğu anlamına gəlir. Bu əks olunma qütblərdəki soyuq havanı tutan "Polar vortex", yəni qütb qapıları adlı iqlim sisteminin soyuq havanı sərbəst bıraxmasına səbəb olur. Bu, sanki dərin dondurucunun qapılarının açılması kimi bir soyuq deməkdir. Dünyaya bu qədər soyuq hava göndərilir”.

Qeyd edək ki, ötən günlərdə Sibirə basketbol topu böyüklüyündə qartoplarının yağdığına dair məlumatlar yayılmışdı.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.11.2019
"İsa Həbibbəyli əməyimi mənimsəyir" - Mirzə Cəlilin nəticəsini tapan jurnalistdən ETİRAZ
15.11.2019
Lerikin üç kəndinə qaz verilib
15.11.2019
“Azəriqaz”: “Smart-kart” sayğaclarından imtina edilməyib
08.11.2019
Nazirdən şad xəbər: Bu məhsullar ƏDV-dən azad olunacaq
07.11.2019
Pirşağıda 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb