Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6897

Digər sorğular

Tamerlan Mustafayev: “Məni güclü rəqabət gözləyir“

15:51  |    10 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən QAZİLER.AZ-a verilən məlumata görə, Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilmiş "Bakı 2015" I Avropa Oyunları öncəsi test xarakterli Beynəlxalq Prezident Kubokunda Azərbaycanın xeyli perspektivli avarçəkəni iştirak edib. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti onlardan Tamerlan Mustafayevi xüsusi qeyd edərək avarçəkənimizlə açıqlama hazırlayıb. 21 yaşlı kayakçı 1000 metr, 500 metr və 200 metr məsafələrə yürüşlərdə mübarizə apardı və hər üçündə mükafatçılar sırasına düşməyi bacardı. Amma o, heç bir yürüşdə qızıl medala sahib ola bilmədi. Bu da Mustafayevin daha təcrübəli Mirnazim Cavadovla rəqabət aparmasından irəli gəlirdi.

Tamerlan Mustafayev Prezident Kubokundakı çıxışı və qarşıdakı yarışlara hazırlığı barədə Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətinə açıqlama verib...

- Yarış haqqında təəssüratlarınızı bildirərdiniz...
- 3 medal götürdüm. 3 məsafədə də iştirak etdim. 1000 və 500 metrdə 2-ci, 200 metrdə 3-cü yerlə kifayətləndim. Gözlədiyimdən də yaxşı nəticə göstərdim. Daha çox uzun məsafəyə yönəldiyimdən, 200 metrdəki çıxışım bir az zəif alındı. Çalışırdım ki, qısa məsafədə yüksək nəticə göstərim, amma alınmadı. Əminəm ki, məşq edərək gələcək yarışlarda 3 məsafənin hamısında birinci olacağam.

- Əsas rəqibiniz Mirnazim Cavadov idi...
- Bəli, onunla eyni komandadanıq. Eyni komanda daxilində rəqib olmur. Mirnazimlə bir yerdə məşq edirik. Onun kimi idmançı ilə birgə məşq mənim üçün böyük perspektiv deməkdir.

- Qarşıdan I Avropa Oyunları gəlir. Oyunlarda iştirak edə biləcəksiniz?
- Bu, hələ dəqiqləşməyib. Qərarı federasiya rəhbərliyi verəcək. Oyunlar zamanı 1 nəfərlik kayak qayığı ilə 2 məsafəyə - 200 metr və 1000 metrlik yürüşlər təşkil olunacaq.

- Özünüzü Oyunlara hazır sayırsınız?
- Bəli, hazıram. Amma Oyunlarda Mirnazim Cavadov çıxış etməlidir. O, məndən 2 yaş böyükdür, daha təcrübəlidir. Güman ki, elə özü də yarışacaq. Çünki qalib adını o qazanıb.

- Başqa hansı yarışlarınız var?
- Qarşıdan Dünya Kuboku və Avropa çempionatı gəlir. Amma bu yarışlarda da iştirak edib-etməyəcəyim bilinmir. Hər iki reqata mayda olacaq. Gələn ayadək məni güclü rəqabət gözləyir. Hansı məsafədə iştirak edəcəyimə rəhbərlik qərar verəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Operativ Qərargah idman zallarının açılmamasına aydınlıq gətirib
29.05.2020
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verildi, amma...
27.05.2020
Ukrayna çempionu intihar etdi
26.05.2020
Həbib Nurməhəmmədov koronavirus testindən imtina etdi
22.05.2020
Kamil Zeynallı azadlığa çıxdı