Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6513

Digər sorğular

Səhiyyə Nazirliyi aksiya keçirir

18:48  |    28 Noyabr 2016  |   E-mail  |  Çapa göndər

Respublika QİÇS-lə Mübarizə Mərkəzi 4000 nəfəri İnsanın İmmunçatışmazlığı Virusuna qarşı (İİV) müayinədən keçirib.

Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyindən məlumat veriblər.

Xəbərdə deyilir ki, nazirliyin dəstəyi və Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 1 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günü, eləcə də “Avropa İİV-ə testləşmə həftəsi” ilə bağlı aksiyalar keçirilir. Park bulvar, Metropark Ticarət mərkəzində, Bakı Texniki Kolleci, Mingəçevir Politexnik İnstitutu, Azərbaycan Texniki Universiteti, Gəncə Dövlət Universiteti, ATU-nun Tədris Terapevtik Klinikası, Şəki Tibb Kolleci və regionların ictimai, mədəni-maarif ocaqlarında könüllülər müayinə olunub.

Bu aksiyalar zamanı könüllülərə pulsuz və anonim qaydada İİV-ə ekspres-testdən keçmək, 15 dəqiqə ərzində öz İİV statusunu (yoluxub-yoluxmadığını) müəyyən etmək imkanı yaradılıb.

Xatırladırıq ki, “Avropa İİV-ə testləşmə həftəsi-2016” Ümumavropa müayinə və maarifləndirmə kampaniyasında Avropanın 54 ölkəsindən 800-dən çox dövlət və ictimai təşkilatlar iştirak edib.

Respublika QİÇS-lə Mübarizə Mərkəzi “1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü “ ilə əlaqədar dekabrın 1-dən 10-dək müəssisə və təşkilatlarda İİV/QİÇS-lə bağlı müayinə aparacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.10.2019
Bakının Xətai rayonunda və Şəmkirdə qaz təminatında fasilələr yaranacaq
10.10.2019
Ağcabədi “ASAN Həyat” qazlaşdırılacaq
10.10.2019
Samuxda qaz olmayacaq
09.10.2019
Bu gün 4 rayonda qaz olmayacaq
08.10.2019
Bu rayonlarda qaz kəsilib - Xətlər zədələnib