Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6569

Digər sorğular

““Araz“ marketə qarşı süni yumurta iddiası əsassız çıxdı“

01:47  |    27 Noyabr 2016  |   E-mail  |  Çapa göndər


““Araz” Supermarketlər Şəbəkəsi müştəri məmnuniyyətinə önəm verərək daim satışda olan məhsulların keyfiyyətli olmasına diqqət edir, istehsalçılardan aldığı məshsulların dövlət standartlarına uyğunluğunu təsdiq edən sertifikatlar tələb edir. Bununla bərabər müştərilərdən məhsulun keyfiyyəti ilə bağlı şikayət daxil olarsa bu məsələlər aidiyyatı şöbələr tərəfindən dərhal araşdırılaraq lazimi addımlar atılır”.

Qaziler.az musavat.com-a istinadən bildirir ki, bu barədə “Araz”ın ictimaiyyətlə əlaqələr departamenitinin yaydığı press-relizdə qeyd edilir: ““Araz” Supermarketlər şəbəkəsində satılan kənd təsərrüfatı məhsullarının əksəriyyəti yerli istehsalçılardan tədarük olunur və bu məhsulların daima təzə, ekoloji cəhətdən təmiz olmasına diqqət edilir.

Sosial şəbəkələrdə yayılan görüntülər əsassızdır

Son günlər sosial mediada və mətbuatda yayılan süni yumurta görüntüləri və bununla bağlı dövlət orqanlarından gələn rəsmi açıqlamalar yerli bazarda bu cür məhsulların olmadığını bir daha sübut etdi. Lakin feysbuk sosial şəbəkəsində Təranə Musayeva adlı istifadəçi şəxsi profilində “Araz” Supermarketlər Şəbəkəsindən aldığı yumurtanın süni olduğunu iddia edərək video və foto görüntü yaymışdır. Bəzi media orqanlarında ATV kanalının əməkdaşı kimi təqdim olunan Təranə Musayeva haqında ATV-dən verilən rəsmi açıqlamada onlarda belə bir əməkdaşın çalışmadığı bildirildi.
Yayılan şikayətlə bağlı “Araz” Supermarketlər Şəbəkəsinin keyfiyyətə nəzarət şöbəsi dərhal operativ reydlər və araşdırma aparmış, supermarketlərdən götürülən nümunələr yoxlanılmışdır. Lakin qeyd olunan şikayət öz təsdiqini tapmamışdır. Bununla bağlı müştəri ilə əlaqə saxlanılaraq aidiyyatı qurumlara təqdim olunması üçün nümunə istənilmiş, lakin müştəri nümunə verməyəcəyini bildirmişdir. Eyni zamanda müştəri yumurtanı 10 gün əvvəl aldığını və hələ də qablaşdırmada olduğu kimi qaldığını söylədi. Video görüntüdən də göründüyü kimi süni olduğu iddia olunan yumurtada normal yumurtadakı kimi rüşeyim vardır. Bu da bir daha iddianın əsassız olmasınısübut edir.

“Araz” Supermarketlər Şəbəkəsində satılan bütün məhslların keyfiyyətinə nəzarət olunur
Qeyd edək ki, Araz Supermarketlər Şəbəkəsində istehlakçılara təqdim olunan bütün kənd təsərrüfatı məhsulları dövlət orqanlarının müvafiq labaratoriyalarında yoxlandıqdan sonra alıcılara təqdim olunur. Bundan başqa istehsalçılardan tədarük edilən hər bir məhsulun uyğunluq sertifikatı və ya aidiyyatı dövlət orqanlarının icazə sənədi tələb olunur. “Araz” Supermarketlər Şəbəkəsində satılan bütün yumurtalar yerli istehsaldır və bu yumurtalar əsasən Giləzi Quşçuluq MMC-dən, qismən də Hacıqabul Quşçuluq MMC-dən alınır. Alınan bütün məhsulların Milli Sertifikatlaşdırma Mərkəzinin uyğunluq sertifikatı və Respublika Gigyena və epidemiologiya mərkəzindən alınmış gigyenik sertifikatı vardır.

Yumurtaların saxlanılması ilə bağlı tövsiyəmiz

“Araz” Supermarketlər Şəbəkəsinin keyfiyyətə nəzarət şöbəsindən verilən məlumata görə marketdə satılan yumurtalar hər gün müəyyən qədər paketlənərək vitrinlərə yığılır. Bu prosesə supermarketin kənd təsərrüfatı şöbəsi nəzarət edir. Müştərilər aldıqları yumurta paketlərini soyuducuda streçlənmiş şəkildə deyil açıq şəkildə saxlamalıdırlar. Çünki streçlə paketlənmiş yumurta iki gün ərzində keyfiyyətini itirə bilər. Bu zaman həmin yumurtalarda bərkimə prosesi gedir. Buna görə də müştərilərimizə tövsiyyə edirik ki, bu kimi halların yaşanmaması üçün məhsulların saxlanma qaydasına diqqət etsinlər.
“Araz” Supermarketlər Şəbəkəsinin bütün müştərilərindən xahiş edik ki, bu və ya digər hallarla rastlaşdıqda qaynar xəttimizə - 012924 zəng edərək məlumat versinlər.Araz Supermarketlər Şəbəkəsi sosial şəbəkə olan Facebookda da hər zaman vətəndaşların xidmətindədir, onları maraqlandıran bütün sualları cavablandırmağa hazırdır”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.11.2019
Lerikin üç kəndinə qaz verilib
15.11.2019
“Azəriqaz”: “Smart-kart” sayğaclarından imtina edilməyib
08.11.2019
Nazirdən şad xəbər: Bu məhsullar ƏDV-dən azad olunacaq
07.11.2019
Pirşağıda 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb
06.11.2019
Bir qrup neftçi təltif edilib - SƏRƏNCAM