Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6652

Digər sorğular

Çayların suyu təhlükə mənbəyinə çevrilir - DİQQƏT!

15:47  |    25 Noyabr 2016  |   E-mail  |  Çapa göndər

Son günlər üzrə Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən BakiPost-a verilən məlumata görə, noyabr ayının II ongünlüyündə Kür çayında suyun sərfi noyabr ayının I ongünlüyünə nisbətən 64 m3/san artaraq 204 m3/san təşkil edib.


Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4, Ağstafaçayda 3.2, Ağstafaçay su anbarında isə 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Noyabr ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 2, I Şahsevəndə 2.3, Bəhramtəpədə isə 2.1 dəfə YVQH-ni keçib.

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5.95-6.24 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.01.2020
Sabahın hava proqnozu açıqlanıb
18.01.2020
Suraxanıda uşaq evində azyaşlını döyən müəllim işdən çıxarılıb
18.01.2020
Nazir yeni rəis təyin etdi
17.01.2020
Deputatlığa namizəd Qənirə Paşayeva Tovuz sakinləri ilə görüşüb
17.01.2020
Nərmin necə və kimlər tərəfindən oğurlanıb? - DETALLAR