Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6666

Digər sorğular

Maşallah Əhmədovun məhkəməsində ƏLBƏYAXA DAVA

14:38  |    25 Noyabr 2016  |   E-mail  |  Çapa göndər

Dələduzluqda təqsirli bilinən sabiq futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş Yusif Əzizov deyib ki, M.Əhmədovla aralarında heç bir razılaşma yoxdur. O, məhkəmədən M.Əhmədova yüksək cəza verilməsini xahiş edib. M.Əhmədov isə zərərin ödəniləcəyini deyib.


Sabiq futbolçunun vəkili prosesə gəlmədiyi üçün iclas təxirə salınıb. Daha sonra M.Əhmədovla digər zərərçəkmiş Sərxan arasında əlbəyaxa mübahisə yaranıb. Penitensiar xidmətinin və yerli icra orqanlarının məsələyə müdaxiləsizindən sonra ara sakitləşib Proses dekabrın 2-də davam etdiriləcək.

Qeyd edək ki, Maşallah Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərdən 150 min manatdan artıq pul alaraq xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin sözünə əməl etməyib, həmin şəxslərin də pulunu qaytarmayıb. Binəqədi Rayon Məhkəməsi Maşallah Əhmədov barəsində ev dustaqlığı barədə qərara qəbul edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.01.2020
Şəmkirdə baş verən ağır yol qəzasında 3 nəfər ölüb - YENİLƏNİB
27.01.2020
SHXÇDX vətənpərvərlik təbliğatı ilə bağlı daha bir layihəyə start verdi
27.01.2020
Ayaz Mütəllibovun səhhətində problemlər yarandı - “Həkimim məsləhət görüb ki...”
27.01.2020
Nərminin öldürülməsində ittiham olunan şəxsin vəkilləri tibbi ekspertiza tələb edir
27.01.2020
Qalmaqallı dairədə yeni təyinat