Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

İcra başçısının məhkəməyə verdiyi jurnalist prezidentə müraciət etdi

22:41  |    24 Noyabr 2016  |   E-mail  |  Çapa göndər


Cenubnews.com saytının baş redaktoru Mirələm Həşimov Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.

Qaziler.az bildirir ki, Musavat.com-un məlumatına görə, mətbuat vasitəsi iləünvanlanan müraciətdə portala yerli hakimiyyət səviyyəsində təzyiqlərdən söz açılır.

Müraciətdə deyilir: “Cənab prezident! Mən həmişə ədaləti öz ölkəmizdə axtarmağın tərəfdarıyam və heç vaxt öz məhkəmələrimizə inamımı itirməmişəm.Ölkəmizdə, xüsusən də rayonumuzda baş verən hadisələri - müsbət hadisələri, çatışmazlıqları, neqativ halları işıqlandırmağa çalışıram.Bu, həmçinin bir ictimai nəzarətdir vədövlət başçısı kimi Siz çıxışlarınızda bunun zəruriliyinidəfələrlə bildirmisiniz.

Bizim xəbər portalımızda 6 mart 2015-ci il tarixdə“Masallı park-bulvarını sel apardı”başlıqlı yazı gedib. Həmin yazıda nə Masallı Rayon İcra Hakimiyyətinin, nə də onun başçısının adı çəkilib və hadisə ilə bağlı müvafiq fotoşəkillər dərc olunub. Həmçinin 22 iyun 2016-ci il tarixdə “İşıqpulunu verə bilmirsən, get özünü öldür” yazısı digər mətbuat orqanlarına istinadla yayımlanıb.Bu yazılara görə icra başçısı Rafil Hüseynov bizi məhkəməyə verib. Masallı Rayon Məhkəməsinin 1 dekabr 2015-ci il tarixli qətnaməsi ilə həmin yazılara görə təkzib verilməklə yanaşı, 2000 manat pulunR.Hüseynovun xeyrinə tutulması qərara alınıb.Şirvan Apelyasiya Məhkəməsi isə bizim dəlillərimizə baxmadan mənəvi zərər hissəsini 500 manata endirib.Hazırda iş Azərbaycan Respublikası Ali Məhkəməsindədir və 28 noyabr 2016-cı ildə baxılacaq”.
Jurnalist ölkə rəhbərliyindənişin diqqətlə araşdırılmasına yardımçı olmağı xahiş edir: “Mən ədalətin öz ölkəmizin məhkəmələrində bərqərar olmasını istəyirəm və Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərmək istəyim də yoxdur”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Fədayə Laçının məhkəməsi 10-cu dəfə təxirə düşüb
16.09.2019
Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
16.09.2019
Qubada vergi islahatları mövzusunda maarifləndirmə tədbiri keçirilib
16.09.2019
Yardımlıda tunc-ilk dəmir dövrünə aid yeni kurqanlar aşkar edilib
16.09.2019
Azərbaycanın bir sıra rayonunda qaz təchizatı dayandırılacaq