Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Rusiyadan Azərbaycana “posılka” qadağası

21:25  |    24 Noyabr 2016  |   E-mail  |  Çapa göndər

Rusiyanın poçt xidmətləri Azərbaycana bağlama göndərməkdən imtina edir.

BakiPost.az xəbər verir ki, poçtlar bağlamaların Azərbaycan gömrüyündə açıldığını, daha sonra isə əksəriyyətinin geri qaytarıldığını əsas gətirərək, bu addımı atırlar. Bu səbəbdən bir neçə poçt xidməti Azərbaycana göndərilən bağlamalara cavabdehlik daşımadığını, bəziləri isə qeyri-rəsmi şəkildə imtina etdiklərini deyirlər.

Saytımıza Rusiyadan online məhsul sifariş etmiş şəxsə gələn elektron məktubun bir nüsxəsi göndərilib. Məktubda sifariş qəbul edən şirkətin əməkdaşı poçtların Azərbaycana bağlama göndərən şəxslərə xəbərdarlıq etdiyini yazıb. Bildirib ki, poçtda ona Azərbaycanın gömrük işçilərinin bağlamaları açdığı və geri qaytardığı deyilib. Bu səbəbdən də sifarişi göndərməyib.

Məsələ ilə bağlı "Azərpoçt”dan BakiPost.az-a bildiriblər ki, gömrük işçilərinin bağlamaları açıb baxmaq kimi səlahiyyətləri var və bu, qanunla tənzimlənir: "Onların bağlamaya açıb baxmaq hüququ var. Bəlkə bomba göndəriblər? Əgər bağlamadakı gətirilməsi qadağan olunmayan bir məhsuldursa, o zaman heç bir problem yaşanmır və geri qaytarılmır. Bu gün Rusiyadan Azərbaycana bağlamalar gəlir”.

"Hansı məhsullar geri qaytarılır” sualına isə cavab belə olub: "Müəyyən bir siyahı var. Bu, tək Azərbaycanda deyil, hər bir ölkədə mövcuddur”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
Vilayət Eyvazov tapşırıq verdi: "Onlar həbs olunacaq"
17.09.2019
Bakı Mətbuat Klubunun saytı açıldı, özü də açılacaq - TƏQDİMAT
17.09.2019
Hava yağmursuz olacaq
17.09.2019
Azərbaycanda bəzi hərbi qulluqçuların pensiya təminatının müəyyən olunması qaydası dəqiqləşib
17.09.2019
General: “Ordumuz işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdi”