Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6716

Digər sorğular

Eldar Mahmudov onu istintaqa çağıran müstəntiqi təhqir etdi- SƏN KİMSƏN Kİ...

16:03  |    24 Noyabr 2016  |   E-mail  |  Çapa göndər

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyini cinayət yuvasına çevirərək, millət və dövlət üçün milli təhlükə mənbəyi olan Eldar Mahmudovun dəstəsi həbs olunmasına baxmayaraq, özü azadlıqda sərbəst gəzir. Hələ bu azmış kimi “MTN İşi” çərçivəsində istintaqa cəlb olunan Eldar Mahmudov deyəsən, başının üstündəki qara buludların çəkildiyi qənaətinə gəlib.

Gununsesi.info-ya daxil olan bir xəbər bunu deməyə əsas verir. Belə ki, saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, bir neçə gün əvvəl sabiq nazir onu ifadə üçün istintaqa dəvət edən müstəntiqi aşağılayıb.

Məlumatda qeyd olunur ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin müstəntiqi (həmin müstəntiqin kimliyi redaksiyamıza bəlli olsa da bir sıra səbəblərdən açıqlamırıq-red.) bir neçə gün əvvəl Eldar Mahmudova telefon açaraq, onu istintaqa dəvət edib. Müstəntiqin bu çağrışını sərt təpkiylə qarşılayan “Qanqster nazir” onu ağır ifadələrlə təhqir edib. “Sən kimsən ki, məni istintaqa çağırırsan? Sənin rəhbərin bunu edə bilməz” deyən Mahmudov telefonun dəstəyini asıb.

Məlumatda o da bildirir ki, Eldar Mahmudovun bu davranışı ilə bağlı Baş Prokurorluğun rəhbərliyi Prezident Administrasiyasını məlumatlandırıb.

Mahmudovun bu özünə arxayınlığının nə zamana qədər davam edəcəyini isə yaxın gələcək göstərəcək.

Gununsesi.info
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.02.2020
Bakı metrosuna alınmış 6 milyon avroluq generatorlar bir işə yaradımı? - VİDEO
27.02.2020
Rusiya mətbuatı 28 ildən sonra Xocalıdan yeni görüntülər yayımladı - FOTOLAR
27.02.2020
Adı qumarda hallanan Vüsalə: "İyrənc yolla milyonlar qazanmışam"
27.02.2020
Sosial şəbəkədə yayılan bu videoya görə baş həkim işdən çıxarıldı - VİDEO
27.02.2020
Pənah Hüseyn Prezident Administrasiyasına çağırılıb