Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

“Xalqdan qorxmayın, o yuxudan duranda nə yeyəcəyini fikirləşir...“

15:11  |    24 Noyabr 2016  |   E-mail  |  Çapa göndər

Məşədi İbadın hambalı bir abbası üçün belini şikəst edir, kontrabasda tək çalan kişi “pulumu verin” deyib haray salır... Ölkə gündəmini son günlər zəbt edən pul söhbətləri məşhur filmlərimizin məlum epizodlarını tez-tez xatırladır. Azərbaycan Beynəlxalq Bankının sabiq sədrinin məhkəməsindəki milyonlarla pulun mənimsənilməsi, MTN generallarının milyardı keçən pul qoparmaları, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş rəhbərlərinin aylıq pul mənimsəmələrinin milyonlarla ölçülməsi və .., iki aydır ki, maaş ala bilməyən müəllimlərin şikayətləri...

Biz, onsuz da kontrastlar ölkəsiyik. Bir tərəfdə məmurumuz ayda 500 min dollar paket almağından, o birisi aylıq xərcinin 300.000 dollar olduğundan danışanda, o biri tərəfdə zibillikdə eşələnən vətəndaşların sayının artdığı, pulsuzluq üzündən həkimə gedə bilməyən milyonların ömrünün yarımçıq başa vurduğu adi hal olub. Amma, başqa təzaddan bəhs etməyin yeri var...

Bu günlərdə hörmətli (?!) parlament üzvlərinin maaşlarının yetərsizliyindən şikayət etdikləri barədə informasiyalar yayıldı. Yalan, ya doğrumu, önəmli deyil, bu parlament üçün yenilik deyil, zaman-zaman maaş söhbətləri qanunverici orqanın divarlarından tez-tez kənara çıxıb. Həm də təkcə maaş söhbətləri yox, Milli Məclis deyilən o qurumda hər şeydən, zaddan danışblar, kabab şişlərini istehsal edən zavodun tikilməsinin vacibliyini israr edən söhbətlərdən tutmuş, qışda təzə xiyar yeməyin zərərli olmağına qədər. Amma heç vaxt Qarabağdan danışmayıblar. Nə gizli, nə aşkar. Millətin bir nömrəli problemi, ölkənin şərəfi sayılan Qarabağı bir dəfə də müzakirə edib, onları seçməyən xalqa demədilər ki, ay millət, boşuna ümidli olmayın, 20 ildir heç nə edə bilmirik, etməmişik, bacarmamışıq, bizdən Qarabağı soruşmayın. Daha bir 20 il də keçəcək, gördüyünüz bu parlamentdə bizi övladlarımız əvəz edəcək və onlar da atalarının yolunu gedəcək, Qarabağı almaq nədi, heç müzakirəyə belə çıxarmayacaq. Bəlkə etirazınız var. Onsuz da parlamentin 80 faizi 15-20 ildir ki, eyni adamlardır. Bu illərdə maaşınızı bir neçə dəfə qaldırmağa nail olmusunuz. Niyə Qarabağ problemini də qaldırmamısınız? Düşmən Ermənistan 24 ildir Qarabağı işğal edib, amma Qarabağla əlaqədar ən kiçik problemi də ayda bir dəfə də olsa parlamentlərində müzakirə edirlər, kimlər məsuliyyət daşıyırsa, dəvət edib suallarını verib, cavablarını alır, millətə də deyirlər ki, neftimiz, qazımız yoxdu, amma Qarabağ bizimdi. Hələ Gürcüstan parlamenti - bir ildə keçirilən iclaslarda 4 dəfə Abxaziya, Cənubi Osetiya ayrıca müzakirə predmeti olub.

Siz, MM üzvləri, soruşmaq ayıb olmasın, nə işlə məşğulsunuz? Deyəcəksiniz ki, heç işdən macal yoxdur. Olsun. Tacir Əsgərin Soltan bəyə dediyi söz olmasın, 12 məsələni müzakirə edəndə bircəciyini də Qarabağa həsr edin dana. Arada xatırladığınız olur, onu danmaq olmaz, məsələn Qarabağ döyüşçüsünə, müharibə əlilinə niyə əlavə pul verilməsini soruşursunuz, narahat olursunuz.., pul sarıdan.

Hərdən də eşidirik ki, Sizə qadağan ediblər bu mövzuda danışmağı. Deyirlər ki, bu işlə məşğul olanlar var, onlar özləri bilir nə etdiklərini. Biz də bilirik.., bilirik ki, 24 ildir o işlə məşğul olanlar heç nəyə nail olmayıblar. Bir iş görə bilmədiklərinə görə də Sizə qadağan ediblər danışmağı. Bir kənd almış olsaydılar çoxdan üstünüzü kəsdirib, iclaslarınızı ancaq bu “qələbəyə” həsr etdirərdilər. Bilirəm ki, müzakirə etməklə deyil, onsuz da Sizlər Qarabağ alan deyilsiz, amma heç olmasa gənc nəsil, millət, dünya görsün ki, guya bu ölkənin deputatları “qan-qan” deyir, vuruşmağa hazırdırlar. Müdafiə nazirini çağırıb sorğu-sual edirlər, arada məxfiliyi qoruyub gizlin müzakirələr aparırlar, Xarici İşlər naziri deputatların sorğu-sualından bezib... Bizim vecsiz diplomatiyamız da, Minsk Qrupu da lazımi ( yenə də əlahəzrət “LAZIM”) yerlərdə desinlər ki, parlament ipə-sapa yatmır.

Yaxşı ki, bu Kasprşik var, hərdən gəlib “CİP”lə sərhəddə bir az gəzişir, ”okey” deyib gedəndə televiziyaların da yadına düşür ki, bizim Qarabağımız da var.

Axırıncı dəfə Qarabağ müzakirəsi 2001-ci ildə Heydər Əliyevin təşəbbüsüylə baş tutub. 15 ildir Qarabağ müzakirəsi yoxdur. Bəlkə bir bildiyiniz var, yoxsa xalqdan niyə gizlədirsiniz? Xalqdan qorxmayın, o mağara insanı kimi yuxudan duranda nə yeyəcəyini fikirləşir. Vəziyyət hər gün ağırlaşır.

Bu gün Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı tədbir vardı. 20 deputat dəvət olunmuşdu, bircə Aqil Abbas gəldi. Niyə gəlməmişdiniz? Qarabağdan vacib olan nədi Sizin üçün?

Deyirlər, pul məsələniz həll olunub. Maaşlarınız artırılıb. Bu böyük qələbədir. Sizi bu qələbə münasibətilə bütün işğal olunmuş Qarabağ torpaqlarının camaatı adından təbrik edirik.

Adının çəkilməsini istəməyən Qarabağ Qazisi

moderator.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.09.2019
Ən varlı azərbaycanlı "lotu"lar: "Lotu Quli" milyarder çıxdı (SİYAHI)
15.09.2019
Sabahın HAVA PROQNOZU
15.09.2019
Birinci vitse-prezident Mehriban Əliyeva şagird, tələbə, müəllim və valideynləri Bilik Günü münasibəti ilə təbrik edib
15.09.2019
Bakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötür
14.09.2019
İsmayıllıda yeni uşaq bağçası istifadəyə verilib